LÜTFİ ZADƏNİN OĞLU: “53 MİLYON DOLLARIMI VƏ HƏYATIMIN 18 İLİNİ İTİRDİM”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“İndi Azərbaycanı ABŞ-dan daha çox sevirəm”.
Qaynarinfo xəbər verir ki, bu sözləri dünyaca məşhur azərbaycanlı alim, mərhum Lütfi Zadənin oğlu Norman Zadə hafiztimes.com -a açıqlamasında  deyib.
Norman Zadə bildirib ki, milyonlarla dollar məbləğində ziyana düşüb. O, Amerika məhkəməsinin barəsində çıxardığı qərardan söhbət açıb: “Amerikada məhkəmə ilə bəzi problemlər var. Müəllif hüququ oğruları mənim “Perfect 10″ jurnalımın məzmununu oğurladılar. Biz məhkəməyə müraciət etdik. Məhkəmədəki dəli hakim onların xeyrinə qərar çıxardı, bizim jurnalımızın 6.5 milyon dollarlıq məzmunu ilə onları mükafatlandırdı. İndi onlar mənimlə şəxsən mübarizəyə başlayıblar. Həyatımın 18 ilini və 53 milyon dollarımı itirdim”.
Norman Zadə Azərbaycana olan sevgisini də dilə gətirib: “Hazırda mən Azərbaycanı ABŞ-dan daha çox sevirəm. Onlar atama və mənə böyük hörmətlə yanaşdılar. Amerikada isə bunun tam əskini görürəm”.
Lütfi Zadənin oğlu atasının qəbirüstü abidəsi ilə bağlı fikirlərini də bölüşüb: “Mən abidənin şəkillərini gördüm. Çox bəyəndim. Əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Norman Zadə yaxın günlərdə Azərbaycana gəlməsi ilə bağlı sualı da cavablandırıb: “Azərbaycana gəlməyi çox istəyirəm. Niyə də gəlmək istəməyim?! İşlərimi həll etdikdən sonra gəlməyi düşünürəm”.
Xatırlayaq ki, Norman Zadə tanınmış riyaziyyatçı, informatika sahəsi üzrə alimdir. 66 yaşlı Norman hazırda Amerikada yaşayır. Amerikada böyük nüfuz sahib olan azərbaycanlı alim həmçinin peşəkar poker oyunçusudur. O, 1974-cü ildə poker oyunu haqqında “Uduşlu poker sistemləri” (“Winning Poker Systems”) kitabını yazıb. Poker turnirlərinin qalibi olub. Norman Zadə həmçinin “Perfect 10″ adlı erotik jurnal da nəşr etdirib.

Related Articles

+994 50 295 94 79
top