QƏBUL QAYDALARI DƏYİŞDİ – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares
2019-cu ildən etibarən ali məktəbələrə qəbul qaydaları dəyişiləcək. Abituriyentlər 700 balın 300-nü buraxılış imtahanlarından, 400-nü isə qəbul imtahanlarından toplayacaqlar. Bəs əvvəlki illərin məzunları necə olacaq? Onların balı necə hesablanacaq? Dövlət imtahan mərkəzinin cavabı növbəti süjetimizdə.
Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verəcəklər. 2019-cu ildən etibarən ali məktəbələrə qəbul qaydaları dəyişiləcək. Artıq bununla bağlı model hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Bunu “Xəzər Xəbər”ə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Mətbuatla İş və Elektron Kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib. O bildirib ki, abituriyentlər 700 balın 300-nü buraxılış imtahanlarından, 400-nü isə qəbul imtahanlarından toplayacaqlar.Əvvəlki illərin məzunları da buraxılış imtahanı qaydasında əlavə imtahan verəcəklər.Bundan sonra isə digər abituriyentlərlə birgə qəbul imtahanlarında iştirak edəcəklər. Modelin yaxın 2 həftə ərzində təsdiqlənməsi gözlənilir.
Təsdiqlənməsi gözlənilən modeldə bir çox nüanslar öz əksini tapıb.
Xanlar Xanlarzadə qeyd edib ki, bu bir müsabiqədir və hamı üçün bərabər şərtlər altında keçirilməlidir. Bir neçə il əvvəl məzun olanlar üçün imtahanlarda əlavə bir proqram tərtib oluna bilməz. Abituriyentlərin qəbul qaydaları ilə tanış olması və şərtləri yaxşı mənimsəməsi üçün isə noyabr ayından etibarən sınaq imtahanları keçiriləcək.


Related Articles

+994 50 295 94 79
top