AZƏRBAYCANLI MƏMURA RUSİYADA VƏZİFƏ VERİLİB

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Maliyyə nazirinin keçmiş müşaviri Namiz Xəlilov işdən çıxması ilə bağlı ötən həftə mətbuatda yayılmış məlumata aydınlıq gətirib.
Yenilik.azxəbər verir ki, o, “Report”a açıqlamasında vəzifəsini təxminən 6 ay bundan əvvəl tərk etdiyini bildirib.
“Bu ilin aprel ayından mən Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı ticarət nümayəndəliyində baş məsləhətçi vəzifəsində çalışıram”, – deyə keçmiş müşavir qeyd edib.
Xatırladaq ki, N.Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci il fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası yarandıqdan və adı çəkilən dövlət xidməti ləğv edilərək onun səlahiyyətləri Palataya verildikdən sonra nazir Samir Şərifov N.Xəlilovu özünə müşavir təyin etmişdi. Hazırda isə onu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Elman Mehdiyev əvəz edir.

Related Articles

+994 50 295 94 79
top