“BANKLAR BORCLU VƏTƏNDAŞLARA GÜZƏŞT ETMƏLİDİRLƏR” DEPUTATDAN DOLLAR KREDİT OLANLARLA BAĞLI ÇAĞIRIŞ – YENİLİK.AZ

“BANKLAR BORCLU VƏTƏNDAŞLARA GÜZƏŞT ETMƏLİDİRLƏR” DEPUTATDAN DOLLAR KREDİT OLANLARLA BAĞLI ÇAĞIRIŞ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“Bildiyimiz kimi, bir neçə gün bundan əvvəl dollarla götürülən kreditlərlə bağlı Konstitusiya Məhkəməsinin iclası keçirilib. Qərara əsasən, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyi və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyü nəzərə alınaraq, məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz qərarı verilib. Bu isə o deməkdir ki, vətəndaşlar xarici valyuta ilə götürdükləri kreditləri dəyişən məzənnəyə uyğun qaydada ödəməlidirlər”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edən deputat Vahid Əhmədov Konstitusiya Məhkəməsinin xarici valyuta ilə götürülmüş kreditlərin qaytarılması qaydası haqqında qərarını şərh edib.
Deputat deyib ki, dəfələrlə problemli kreditlərlə bağlı Milli Məclisdə məsələ qalıdırıb.
“Hətta həmkarım Əli Məsimli ilə biz təkliflər hazırlayıb, hökumətə təqdim etmişik. Bu, çox ciddi məsələdir. İnsanları narahat edir. Manatın iki dəfə devalvasiyaya uğraması xarici valyutada kredit borcu olan insanların vəziyyətini çətinləşdirib. Bununla əlaqədar mənə vətəndaşlardan minlərlə müraciət daxil olub və onlara kömək etməyə çalışıram. Hesab edirəm ki, burada banklar da müəyyən addımlar atmalı və borclu vətəndaşların kreditləri ödəmələri üçün mümkün güzəştləri etməlidirlər. Bu məsələ əhalini narahat edir. Hesab edirəm ki, bu məsələni gündəmə gətirməyin vaxtı gəlib çatıb. Əlbəttə problemli kreditlərlə bağlı məsələni mən Milli Məclisin plenar iclasında da qaldıracam. Sizdən də xahiş edirəm ki, bu məsələlərlə əlaqədar müəyyən işlər görülsün”.
Modern.az

 

Related Articles