QARA CİYƏRİ YENİLƏYƏN QİDALAR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 20
    Shares

Qara ciyər insan orqanizmində metabolizmi sürətləndirən, xəstəliklərə səbəb olan virusların bədəndən xaric olunmasını təmin edən, həyatı sağlam formada davam etdirə bilməyimizi təmin edən orqandır.

Ölkə.az bildirir ki, bu səbəbdən qara ciyərin sağlam fəaliyyət göstərməsi vacibdir. Aşağıdakı siyahıda adları qeyd edilən qidalar qara ciyərdə detoks effekti yaradaraq yenilənməsini təmin edir.

Ənginar

Əkilən ənginarı əsla pəhriz menyusundan çıxarmayın. Nəticədə bu qida təkcə qara ciyər üçün yox, mədəaltı vəz üçün də faydalıdır.

Yeməkdən əvvəl 1 diş sarımsaq

Boş mədəyə bir diş sarımsaq yemək xalq təbabətinin ən klassik reseptidir. Sarımsaq ağızdan xoşagəlməz qoxuya səbəb olsa da, qara ciyər funksiyasını optimallaşdırır, arıqlamaq üçün əla üsuldur. Bu səbəbdən hər səhər boş mədəyə bir diş sarımsaq yemək faydalıdır.

Gündə 1 qreypfrut

Qreypfrut qaraciyər üçün çox faydalıdır. Tərkibində olan C vitamini və antioksidantlar qara ciyərin təbii təmizlənmə prosesinə kömək edir. Səhər yeməyində 1 stəkan qreyfrut suyu içmək faydalıdır.

Qarabaşaq

Qarabaşağın tərkibində inositol maddəsi var. Bu isə piy metabolizmini stabilləşdirir və qaraciyərin yenilənməsini təmin edir.

Related Articles

+994 50 295 94 79
top