TANINMIŞ AZƏRBAYCANLI JURNALİSTİ ÜÇ KİŞİ İLƏ HOTELƏ BURAXMADILAR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Tanınmış jurnalist Afət Rahilqızını hotelə buraxmayıblar.

Oxu.Az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

A.Rahilqızı bildirib ki, “Çıxış yolu” proqramının çəkilişi üçün getdikləri rayonda moteldə qalmaq istəyiblər, ancaq buna icazə verilməyib.

“Hər dəfə bölgələrə çəkilişlərə gedəndə hotellərdə maraqlı əhvalatlarla qarşılaşırıq. İki operator, bir sürücü və mən bir həftədir ki, bölgələrdəyik. Bu dəfə də çox yorğun olduğumuzdan mütəmadi olaraq qaldığımız hoteldə deyil, yol kənarında fəaliyyət göstərən moteldə gecələmək istədik.

Qapıda dayanan kişiyə, bizə bir gecəlik iki otaq lazım olduğu söylədim. “Üç kişi və mənəm” demişdim ki, kişi qaşlarını düyünləyib, “gecə vaxtı qadın xeylağını buraxa bilmərəm, gedin, nikah kağızı gətirin”, deyib, bizi geri qaytardı. Və biz yola davam etdik”.

Qeyd edək ki, Azərbaycan qanunlarına görə turistlər hotel və istirahət mərkəzlərinə yerləşəndə nikah kağızı təqdim etmək məcburiyyətində deyil.

Related Articles

+994 50 295 94 79
top