CƏLİLABADDA QALMAQAL: VAKANSİYA GİZLƏDİLDİ, SƏS YAZISI YAYILAN DİREKTORA YENİ VƏZİFƏ VERİLDİ – AUDİO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Cəlilabad rayonu, Günəşli kənd sakini Dadaşov Azad Adışirin oğlu təhsil naziri Ceyhun Bayramovdan haqqsızlığa qarşı kömək istəyir…

Gənc müəllim məktubunda işlədiyi Təhsil nazirinə şikayət məktubu ünvanlayaraq Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbində ona və digər müəllimlərə qarşı baş verən haqsızlıqlarla bağlı yazıb.

Sürəti pia.az-a ünvanlanan məktubda A.Dadaşov bildirib ki, məktəbin direktor əvəzi Təranə Mustafayeva kimə və ya xud kimlərəsə güvənərək məktəbi özünün şəxsi biznesinə çevirib:

“Buna bariz numunə olaraq saymaqla bitməyən özbaşınalıqlardan bir neçəsini diqqətinizə çatdırıram. Təranə Mustafayeva məktəbin gənc müəllimi, biologiya fənnini tədris edən Ağayeva Hicranın 2015-ci ilin oktyabr ayından 3 illik analıq məzuniyyətinə çıxmasına baxmayaraq onun dərs saatlarını bu il vakansiyaya çıxarıb, bu cür ciddi qanunsuzluğa yol verib və nəticədə həmin yer yerdəyişmə zamanı başqa bir müəllim tərəfindən tutulub. Nəticədə Mustafayeva Təranə özbaşınalıq edərək vəzifəsindən sui-istifadə etdiyinə görə Ağayeva Hicran İbadət qızını işsiz qoyub.

Əlavə olaraq qeyd edim ki, Təhsil Nazirliyinin 03.12.2015 tarixində mənə ünvanlandığı D-297/03-24 saylı məktuba əsasən bildirilir ki, məktəbin keçmiş direktoru hal-hazırda tədris işləri direktor müavini olan 70 yaşlı Coğrafiya müəllimi Əliyev Həsənağa işində yol verdiyi nöqsanlara görə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilib. Lakin bizim direktorumuz Həsənağa Əliyevlə işbirliyinə girərək onunla müqavilə bağlaması azmış kimi, hətta qanunları daha da ciddi şəkildə pozaraq coğrafiya fənninə aid olan dərs saatlarını Təhsil Nazirliyindən gizlədərək vakant kimi göstərməyib, həmin dərs saatlarını H.Əliyev üçün saxlayıbr. Əslində, vakant verilməli olan coğrafiya saatları olduğu halda məktəbin iki riyaziyyat-informatika və bir riyaziyyat fənnindən Diaqnostik Qiymətləndirmədən (DQ) keçmiş fizika müəllimi olmasına baxmayaraq 45 saat riyaziyyat saatından 12 saatını vakansiyaya çıxarıb”.
Müəllim həmçinin şikayət məktubunda ona verilən dərs saatlarının azlığından ciddi şəkildə şikayətlənib:

“Xususi olaraq bildirməliyəm ki, məktəbdə iki Riyaziyyat-İnformatika müəllimi olduğumuz halda direktor orta hesabla 75 saat Riyaziyyat-İnformatika dərsindən mənə cəmi 20 saat Riyaziyyat dərs yükü ayırıb, İnformatika saatlarından isə İnformatikadan DQ-dən keçməməyimi əsas gətirərək mənə 1 saat belə olsun İnformatika saatı verməyəcəyini bildirir. Lakin 12 saatlıq Riyaziyyatdan verilən vakant yerə gələn müəllimə İnformatika saatı verilir. Bu da növbəti qanun pozuntusudur”.
A.Dadaşovun nazirə məktubunda o da qeyd olunur ki, rüşvət istədiyi yerdə səs yazısı yayılan, buna görə də məktəbin direktorluğundan azad edilən sabiq direktor Lətif Seyfullayevə məktəbdə yeni vəzifə verilib:

“Ən acınacaqlı hal isə budur ki, keçən tədris ilində məni təhqir edərək 100 manat rüşvət istəməsi ilə bağlı sosial şəbəkələrdə səs yazısı yayılan Lətif Seyfullayevi Təranə xanım özünə müddətli müqavilə ilə Təlim–tərbiyə işləri üzrə müavin təyin edib ki, bu da təhsil sisteminə böyük bir ləkədir. Axı kollektiv içində müəllimi rüşvət üstündə açıq-aşkar şəxsiyyətinə xələl gətirən sözlərlə təhqir edən bir şəxs şagirdlərə hansı təlim-tərbiyəni verə bilər? Qeyd edim ki, bu rüşvət olayı ilə bağlı Prokrorluq orqanları heç bir münasibət bildirməyib”.

Müəllim nazirdən məktəbə normal rəhbər gətirilməsini xahiş edir: “Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyən vətəndaş olaraq Sizdən artıq dərəcədə xahiş edirəm ki, Alar kənd 2 saylı tam orta məktəbində baş verən bu özbaşınalıqlara, vəzifədən sui-istifadə hallarına son qoyulması üçün bu məktəbə ədalətli rəhbər təyin edilməsini təmin edəsiniz”.

pia.az

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top