NAZİR AZƏR SÜLEYMANOVA NİYƏ BATA BİLMƏDİ? – QANDONDURAN KORRUPSİYA FAKTLARI… – YENİLİK.AZ

NAZİR AZƏR SÜLEYMANOVA NİYƏ BATA BİLMƏDİ? – QANDONDURAN KORRUPSİYA FAKTLARI…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətində (DBX) ciddi kadr islahatları aparılacağına gözləntilər puça çevrildi desək, yanılmarıq

Məlumata görə, KTN rəhbəri İnam Kərimovun özü haqda yaratdığı reformist obrazı DBX-də etdiyi kadr “dəyişikliyi” ilə darmadağın oldu.

DBX-nin rəisi postundan uzaqlaşdırdığı, adı rüşvətdə hallanan Azər Süleymanovu qısa zaman sonra yenidən bu sektora qaytararaq, müavin təyin etməsi nazirin imicini zədələdi.

DBX rəisi işlədiyi zamanda adı həmişə korrupsiyada, bu sahədə anarxiya yaratmaqda, büdcə pulları ilə heyvanlar üçün alınan dərmanların, vaksinlərin satışında hallanmış, biznes obyektlərinin siyahısı üzə çıxmış A.Süleymanovun rəis Bayandur Rzayevə müavin gətirilməsi İ.Kərimovun reputasiyasına mənfi xal qazandırdı.

Belə məlumatlar səslənir ki, KTN rəhbərinin A.Süleymanovu himayə edən qüvvələrə gücü çatmayıb. Onların israrlı tələb və təkidləri əsasında onu müavin postuna təyin etməli olub. Bununla da baytarlıq xidməti sektorunda status-kvo saxlanıb.

A.Süleymanov dönəmindəki sistem, baytarlıq idarələrindəki çatışmazlıqlar, rüşvət, vaksinlərin yoxluğu davam etməkdədir.

B.Rzayevin isə rəis postuna gətirilməsi formal xarakter daşıyır. Çünki bu sahənin ovcunun içi kimi bilən A.Süleymanovun təcrübəsindən istifadə edərək yenə köhnə qaydalar hökm sürür, DBX rəisi isə kristal məmur kimi reputasiyası təmiz saxlanır.

Yeni rəis Azər Süleymanovun kadrlarına da toxuna bilməyib. Xidməti öz şəxsi “Karusel” restoranı kimi idarə edən müavin, hələ rəis olduğu dövrdə peşəkar kadrlara “torba” tikərək işdən uzaqlaşdırıb, yerinə tələbə yoldaşları və yaxınları gətirilib.

Oktay Şirvan baytarlıq idarəsinin rəisi, Tahir Abşeron rayon baytarlıq idarəsi rəisi, Mübariz şöbə müdiri, dayısı oğlu Elşad RBL-da direktor müavini, Aydını sektor müdiri, Oktay Göygöl baytarlıq idarəsi rəisidirlər.

Cahan.info xəbər verir ki, Azər Süleymanovun adı maxinasiyalarda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə hallanır.

Son illərdə kəsim üçün Azərbaycana xaricdən gətirilən mal-qaranın xeyli hissəsi “damazlıq” adı ilə rəsmiləşdirilib. Rəsmiləşdirilmənin bu şəkildə aparılmasının da özəl səbəbləri olub.

Bu haqda “Yeni Müsavat” yazıb ki, mal-qara idxal olunarkən onu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı yoxlayır və mal-qaranın damazlıq olub-olmadığına dair sənəd verilir.

Amma son illərdə belə olmayıb. Azər Süleymanov vəzifəsini icra etdiyi müddətdə kəsim üçün gətirilən minlərlə baş mal-qara xidmət damazlıq adı ilə rəsmiləşdirilib.

Buna görə xidmət əməkdaşları “haqq alıblar”. Bu saxtalaşdırma prosesi isə birbaşa həmin vaxt xidmətin rəisi Azər Süleymanovun nəzarətində olub.

Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənilib. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayıb.

Bundan sözsüz ki, qazanan Azər Süleymanov olub. İtirən isə dövlət büdcəsi. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan damazlıq heyvanlar gömrük-idxal rüsumundan azad olunub.

Bu baxımdan, Azər Süleymanovun xeyir-duası ilə ətlik üçün gətirilən mal-qara damazlıq kimi rəsmiləşdirilib və müvafiq olaraq rüsum ödənilməyib.

Təkcə 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 52 milyon 451 min dollar dəyərində 34 min ton ət idxal olunub. “Marja” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ət idxalı 2016-cı ilin 10 ayı ilə müqayisədə 20 milyon 343 min dollar artıb.

2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 32 milyon 108 min dollar dəyərində 28 min 728 ton, 2015-ci ilin eyni dövründə isə 15 milyon 75 min dollar dəyərində 11 ton ət idxal olunmuşdu.

Beləliklə, son 2 ildə ət idxalının dəyəri 3 dəfədən çox artıb. Bu artımda damazlıq adı ilə ölkəyə gətirlən mal-qaranın çəkisi göstərilmir. Gələn məlumatlar isə onu deməyə əsas verir ki, bu, o qədər də balaca rəqəm deyil.

Az qala rəsmi statistik rəqəmlərə çatır. Bəs bunca saxtakarlıq təsdiqini taparsa, Azər Süleymanovu hansı cəza gözləyir? Müstəqil hüquqşünaslar deyirlər ki, ortada vəzifə saxtakarlığının olmasına dəlalət edən məlumatlar var.

Bundan başqa, dövlət büdcəsindən külli miqdarda vəsaitin yayındırılması, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin tərkibi görünür. Müvafiq araşdırma aparılsa və faktlar sübut və dəlillərlə bərkidilsə, Baytarlıq Xidmətinin sabiq rəisi haqda daha ciddi ölçü götürülə bilər.

Azər müəllim qanunsuz əməllərinə qadağa qoyulmadığından əvvəllər Göygöl rayonunda aylıq maaşı 320 manatla baytarlıq idarəsinin rəisi işləyərkən tikdirdiyi “KARUSEL” İSTİRAHƏT MƏRKƏZINDƏN gələn gəlir gözünə Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəis keçdikdən sonra çox az görsəndi.

O, daha irəli gedərək Vətəndaşların “qeydinə” qalaraq artıq “KARUSEL” İSTİRAHƏT MƏRKƏZININ yanında HOTEL inşaası üçün Gəncə şəhər memarlarına layihə də hazırlatmışdır. Bu günlərdə “Azər Süleymanov baytar seminarının pulunu “Karusel”də silir başlığı ilə gedən məqalədən sitat:

“Belə ki, hər il Qərb zonasının regional mərkəzi olan Gəncədə təşkil edilən tədbirlər bu dəfə Göygöldə olub. Buna səbəb də A.Süleymanovun Göygöldən olmasıdır.

DBX rəisi Göygöldə yerləşən “Karusel” istirahət mərkəzində baytarlar üçün təlim təşkil etdirib. Çünki iddialara görə, həmin istirahət mərkəzi baş baytara məxsusdur”.

Cumhuriyyet.az-a istinadən yazırıq ki, 2015-ci ilin sentyabr-oktyabr aylarında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderdə “MEQAVET” keçirilən pulun 33 faizinin onlara qaytarılması müqabilində sövdələşməyə görə qalib oldu. Nəticədə isə bu “sövdələşmə” heyvan sahiblərinə ciddi iqtisadi zərər vurdu.

Dövlət büdcəsi hesabına “MEQAVET”- dən 2,5 mln manata alınmış dabaq xəstəliyi əleyhinə vaksin yerli baytarların məlumatına əsaslanaraq heyvanlara fevral ayında vurulmuşdur. Təlimata görə bu vaksin heyvanları altı ay xəstəlikdən qorumalı idi.

Lakin Türkiyə və İranda dabaq xəstəliyinin qeydə alınmış yeni ştamm serotipinin yayılması nəzərə alınmadığından və ucuz alınmış peyvənd vasitəsi keyfiyyətsiz olduğu üçün heyvanlar arasında immunitet yaratmamış və nəticədə Azərbaycanda may ayında heyvanlar dabaq xəstəliyinə yoluxmuşdur.

Ölkəmizin xaricdən keçə biləcək heyvan xəstəliklərdən qorunmasına bir başa məsul olan şəxslər FAO-nun 2015-ci ildə Azərbaycana etdiyi xəbərdarlığa məhəl qoymamış, ölkəmizi bu xəstəlikdən qorumaq üçün qonşu ölkədə epizootiyaya səbəb olmuş ştammdan olan peyvənd vasitəsi alınmamışdır.

Əvəzində isə “MEQAVET”dən daha ucuz, FAO–nun tövsiyəsində qeyd edilənlərin əksinə olan vaksin alınmışdır.

Bu da respublikanın heyvandarlığını dabaq xəstəliyindən qorumamış və xəstəliyin alovlanmasına, hətta Bərdədə, Qubada və respublikanın digər rayonlarında heyvanların tələf olması ilə nəticələnmişdir.

Azər Süleymanov xəstəliyi ört-basdır etmək istəsə də Qubada 19 iyun ANS kanalında, Bərdədə 25 iyunda Lider TV-də, və 27 iyunda –də ATV-də və 01- 02 iyulda Qanunxeber.az-da dabaq xəstəliyinin kütləvi hal alması barədə gedən sujetlərdə bu bir daha öz təsdiqini tapır.

Sahibkarların sujetlərdə ürəkağrısı ilə verdiyi məlumata görə onlara xəstəliklər nəticəsində külli miqdar maddi zərər dəymişdir. Bu da “MEQAVET”dən ucuz alınmış vaksinin ölkəmiz üçün yaramadığını göstərir.

Belə əməllərin sahibi olan A.Süleymanovun yenidən xidmətə rəis müavini təyin olunması, İ.Kərimovun islahatçı nazir olduğu haqda proqnozları sıfıra endirməkdədir. Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.

Cahan.info

Xalqxeber.az

Related Articles