SƏLİM MÜSLÜMOVUN VƏZİFƏDƏN ÇIXARILMASINDAN PREZİDENTİN XƏBƏRİ OLMAYIB?- ƏNVƏR SEYİDƏLİYEVDƏN SƏRSƏM AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 14
    Shares

Məlum olduğu kimi Fizuli Ələkbərov 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra vəzifədən kənarlaşdırıldı. Həmin posta dərhal Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov təyin olundu. Müəyyən insanlar bu sahədə müsbət dəyişikliklərin olacağını düşünürdü.

Ancaq qısa müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziriliyində rüşvət və korrupsiyanın daha da artdığını, insanlara ciddi problemlərin yarandığını gördük. Səlim Müslümovun vaxtında aztəminatlı ailələrə verilməsi nəzərdə tutulan ünvanlı sosial tardımların verilməsində şərtlər daha da sərtləşdirildi. Bir sözlə Səlim Müslümov öz vəzifəsinin öhtəsindən laiqincə gələ bilmədi. Başqa sözlə desək onun dövründə aztəminatlı ailələrin durumunu ağırlaşdıran bir çox işlər görüldü. Nəhayət sonuncu prezident seçiklərindən sonra Səlim Müslümov da işini itirdi. Bunun detalları barədə növbəti yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq.

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin ən yaxın qohumunun işdən çıxarılmasına münasibət bildirmişdi.

7GUN.az-a daxil olan məlumata görə Ənvər Seyidəliyev yaxın ətrafı ilə qapalı toplantı keçirərək, Səlim Müslümovun işdən çıxarılmasından prezidentin xəbəri olmadığını, yaxın vaxtlarda onun daha da yüksək posta gətiriləcəyini deyib: ” İstərdim ki, sizdə biləsiz ki, Səlim Müslümovun “vurulmasından” prezidentin xəbəri yoxdur. Səlim Müslümov quruplaşmalar arasında gedən oyunun qurbanı olub”- deyə Ənvər Seyidəliyev bildirib.

7GUN.az-a məlumat verən mənbə Ənvər Seyidəliyevin həmin toplantıda əsl düşmənlərinin adını açıq-aşkar bildirib. Müəyyən araşdırmalardan sonra həmin adamın kimliyi barədə məlumat verəcəyik.

Qeyd edək ki, Ənvər Seyidəliyevin sözlərinə rəğmən bütün nazirləri şəxsən prezident vəzifəyə təyin edir və vəzifədən çıxardır.

Əldə etdiyimiz məlumata görə, Səlim Müslümov Türkiyədə olan mülklərindən yalnız üçünü ümumilikdə 150 milyon dollara satışa çıxarıb.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top