“”ALLAH HAQQI, EVDƏ MƏNN “NADAYET” EDİBLƏR” – ŞAGİRDLƏRƏ ÖYRƏDİLƏN AZƏRBAYCAN DİLİ KİTABINDA BİABIRÇILIQ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda orta məktəb dərsliklərində vulqar ifadələr zaman-zaman mətbuatın gündəminə gəlir. AZXEBER.COM-a müraciət edən Kazım Əliyev adlı valideyn də dərsliklərdə olan dialoqlarla bağlı narazılığını bildirib.

O deyib ki, övladı 8-ci sinifdə təhsil alır və 8-ci sinif Azərbaycan dili dərsliyində olan dialoq onu narahat edir: “Mənim övladım kitabda yazılan bu sözləri gündəlik həyatında da istifadə etməyə başlayıb. O “brat”, nadayet eləmə”, “təkərə salma məni” və başqa ifadələri dilinə düşüb. İrad bildirində isə kitabı istinad olaraq göstərir. Təhsil Nazirliyi belə şeylərə nəyə görə icazə verir, hələ də anlamıram”.

Related Articles

+994 50 295 94 79
top