İCRABAŞÇISI TƏLAŞDA – ASİF ƏSGƏROVU SƏYYAR QƏBUL-GÖRÜŞLƏR XİLAS EDƏ BİLƏCƏKMİ?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 8
    Shares

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov narahatlıq içərisindədir.

Buna səbəb isə ölkənin ali instansiyasında təmsil olunan şəxslərin icra başçısının fəaliyyətindən narazı olmalarıdır.

Bu barədə məlumat verən mənbənin sözlərinə görə Asif Əsgərovun fəaliyyəti barədə Prezident Administrasiyasına ünvanlanan çoxsaylı şikayət məktubları icra başçısını və onun himayədarlarını çıxılmaz vəziyyətdə qoyub.

Məlumata görə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iyul ayının 16-da Bakı Şəhər İcra Hakimiyyətinə müavin təyin edildikdən sonra Asif Əsgərov “mer” olmaq arzusundan birdəfəlik əl çəkib.

Hazırda Nəsimi rayon İcra Hakimiyyətinin başçısının əsas məqsədi hazırkı postunu qorumaqdan ibarətdir. Məhz bu səbəbə görə də hörmətli Asif Əsgərov son aylar gərgin iş rejimində çalışır, rayon ərazisində çoxsaylı görüşlər keçirir.

Mənbə qeyd edir ki, hətta Asif Əsgərovun son aylardakı iş qrafiki əvvəlki illərlə müqayisə olunmazdır.

Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytında dərc olunan xəbərləri izlədikdə də bunun şahidi olmaq olur.

Belə ki, ötən 2017-ci ildə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov cəmi bircə görüş keçirib. O da rayonun Ağbirçəklər Cəmiyyəti ilə birgə Ambassador otelində rayon ağsaqqaları ilə keçirilən görüş…

Ancaq 2018-ci ildə bu günə kimi Nəsimi rayon İcra başçısı 26 dəfə rayonun müxtəlif yerlərində – Fevral ayının 14-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, fevral ayının 21-də 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, mart ayının 2-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, mart ayının 6-da 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, mart ayının 13-də 2-ci mikrorayonda, H.Seyidzadə küçəsi 37 ünvanında, aprel ayının 18-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, aprel ayının 25-də S.Vurğun küçəsi 112 ünvanda, aprel ayının 30-da 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, may ayının 04-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, may ayının 11-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, may ayının 23-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, may ayının 30-da 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, iyun ayının 5-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, iyun ayının 12-də 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, iyun ayının 13-də Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasında, iyun ayının 28-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, iyul ayının 3-də Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasında, iyul ayının 13-də Alatavada, iyul ayının 17-də 4-cü mikrorayonda, iyul ayının 25-də Nəsimi rayon İcra Hakimiyyətinin İnzibati binasında (sahibkarlarla), iyul ayının 26-da 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, avqust ayının 8-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, sentyabr ayının 11-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində, sentyabr ayının 14-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində və sentyabr ayının 21-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində səyyar qəbul-görüş keçirmişdir.

Məlumata görə Asif Əsgərovun bu cür “dinamik” fəaliyyəti PA-nın könlünü almağa və haqqında yazılan şikayətlərin sayını azaltmağa hesablanıb.

Ancaq hadisələrin gedişatı onu göstərir ki, Asif Əsgərovun bu zəhmətləri hədər gedə və o, yaxın zamanlarda vəzifədən azad edilə bilər.

Onu da qeyd edək ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizovla Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun münasibətlərinin heç də yaxşı olmadığı deyilir.

Srağagün (23 sentyabrda -red) paytaxta yağan yağışlarla əlaqədar Eldar Əzizovun Nəsimi, Səbail və Binəqədi rayon İcra Hakimiyyətlərinin başçılarını hadisə yerinə çağırması və yaranan problem həll edilməyənə qədər iş başında olmalarını tapşırması da xoş olmayan münasibətin təzahürü kimi qiymətləndirilir.

Qeyd edək ki, bu barədə bir sıra media qurumları məlumat yayıb.

Xatırladaq ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısından ünvanlanan şikayətlər əsasən rayon ərazisindəki yaşıllıqların məhv edilməsi və məhəllələrdəki binaətrafı ərazilərin iş adamlarına satılması ilə bağlıdır.

Qarşı tərəf də mövqe bildirə bilər.

Qlobal.az

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top