SAMİR ŞƏRİFOVUN AĞISTAFADAKI KADRI XALQA YUXARIDAN AŞAĞI BAXIR? – İDDİA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ağstafada özünü “Bağdadın kor xəlifəsi” zənn edən Qoşun Heydərov kabinetində özünə “şahənşah taxtı” düzəltdirib

Bir neçə il bundan öncə özbaşınalıq edən Şəmkir ƏƏSMM-nin rəisi Qoşun Heydərov yerli camaatın haqlı narazılığına səbəb olmuşdu və və həmin məmur rəhbərliyi tərəfindən ərizəsi alınaraq daşıdığı vəzifəsindən azad edilmişdi. Şəmkir rayon ƏƏSMM-də rəis vəzifəsini daşımış Qoşun Heydərov əhaliyə ayrılan müavinətın ödənilməsi prosesində ciddi problemlər yaratmışdı. Belə ki, rayon sakinlərinə ayrılan müavinətin 7 ayını mənimsəyən, 3 ayın pulunu isə camaata ödəyən sonunda haqlı cəzasını almışdı. Faktiki olaraq Şəmkirdə böyük narazılığın ortaya çıxmasına səbəb olan məmurun ərizəsi alınaraq işdən kənarlaşdırılsa da hüquqi məsuliyyətdən yayına bilmişdi.

Nəql etdiyimiz bu hadisə 2014-cü ildə baş verib. Cəmi il yarım işsiz qalan gözəgörünməz qüvvələr tərəfindən əhalinin narazılığına səbəb olaraq işdən çıxarılan qalmaqallı məmur 2015-ci oldə Ağstafa rayonunun Maliyyə idarəsinə rəis təyin olunub. Ağstafada özünü “Bağdadın kor xəlifəsi” zənn edən Qoşun Heydərov kabinetində özünə “taxt” düzəltdirib.

Ağstafa sakinlərindən daxil olan məlumatda bildirilir ki, Qoşun Heydərov maliyyə idarəsindəki kabinetini yeniləyib. Bu yenilənmənin əsas görünüşünə isə müdirin masasının yerləşdiyi döşəmənin kabinetin ümumi döşəməsindən 30-40 sm yüksək olması ilə nöqtə qoyulub. Yəni indi Heydərovun kabinetinə girənlər sanki qarşılarınnda bir “şahənşah taxtı” görürlər. Belə ki, adi bir idarə müdirinin qəbuluna girən vətəndaşlar ona altdan yuxarı baxmaq məcburiyyətindəddirlər.

Qonaq Heydərovun Ağstafadakı fəaliyyətindən isə danışmağa dəyməz. Əldə etdiyimiz məlumata görə Qoşun Heydərov bütün idarə müdirlərini, istər büdcə təşkilatlarını, istərsə də qeyri büdcə təşkilatlarını “aylığa otuzdurub”. Onun sözünün qabağına söz deyənlər isə nəylə üzləşəcəklərini yaxşı bilirlər…

Aldığımız bir başqa məlumata görə Ağstafanı soyulmuş soğana çevirən Qoşun Heydərov Maliyyə Naziri Samir Şərifovun xeyr-duası ilə yenidən Şəmkir rayonunun Maliyyə İdarəsinə rəis təyin olmağa hazırlaşır. Artıq bu məsələdən xəbər tutan Şəmkir camaatı narahat olmağa başlayıblar …

MilliYol.az

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top