AZAD RƏHİMOVUN YAXIN QOHUMU PİYADANI VURARAQ ÖLDÜRDÜ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Mediada dərc edilmiş məlumatlara görə hadisə dünən axşam saatlarında Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini Zaur Məlikaslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İmran Ağayevi vurub və o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, piyadanı vuran Zaur Məlikaslanov Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumudur, eyni zamanda Azad Rəhimovun oğlunun rəhbəri olduğu Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yüksək vəzifə tutur.

Hadisə ilə bağlı Xəzər rayon Polis idarəsi tərəfindən araşdırma aparılır./postbaku.net/

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top