SƏLİM MÜSLÜMOVA VƏZİFƏ VERİLMƏSİ XƏBƏRİ YALAN ÇIXDI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a Milli Aviasiya Akademiyasından məlumat verilib. Bildirilib ki, eks-nazir sözügedən akademiyada saat hesabı ilə dərs keçir.

Qeyd edək ki, mətbuatda Səlim Müslümovun Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayılıb.

S.Müslümov iqtisad elmləri doktoru, professordur. 1987-ci ildə namizədlik, 2006-cı ildə isə (Kazanda, “Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları” mövzusunda) doktorluq dissertasiyası müdafiə edib.

O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top