HƏCC ZİYARƏTİNƏ GEDƏNLƏR ŞOKDA – ƏRƏBİSTANDAN ÇIXA BİLMƏYƏCƏKLƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dünyanın bütün ölkələrindən Həcc ziyarətinə getmək üçün müraciət edən insanların saxta viza əldə etməməsi üçün cidddi tədbirlər görülüb. Lakin bu hal ilbəil daha çox artır. Bu il saxta kommersiya dəvəti ilə viza alaraq Həccə gedən insanlar arasında 20 nəfər Türkiyə vətəndaşının olduğu aşkarlanıb və onların Səudiyyə Ərəbistanından çıxışına qadağa qoyulub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin xarici işlər nazirliyi son dövrlərdə artan saxta sənəd hazırlanmasına qarşı ciddi xəbərdarlıq etdiyini bildirib. Mövzu ilə bağlı Türkiyənin məşhur səyahət agentliklərindən birinin açıqlamasında isə vətəndaşlara bu istiqamətdə tabe olmaları gərəkən qaydaların bildirildiyi qeyd edilib.

Bildirilib ki, Həcc ziyarətinə getmək istəyən şəxslər mütləq şəkildə müvafiq sənədlərini fətvanın verildiyi Türkiyə Dəyanət İşləri İdarəsinə təqdim etməlidirlər. Daha sonra isə İdarənin səlahiyyətində olan agentlik tərəfindən təyin edilən istiqamətdə hərəkət edilməlidir. Eyni zamanda bir neçə nəfərin həcc ziyarətinə ödənişsiz qatıla bilməsi üçün püşkatma da təşkil edilir. Püşkatma nəticəsində adı çəkilən şəxslər həccə ödənişsiz getmək haqqı qazanırlar.

Lakin bəzi vətəndaşların kommersiya məqsədilə və ya işçi vizası alaraq həccə getdiyi müəyyən edilib ki,bu, qətiyyən qadağandır. Belə hallar aşkarlandığı zaman, həmin vətəndaşların pasportlarına dərhal Türk və Ərəb dillərində “Həcc ziyarətinə yarasız” möhürü vurulur.Hazırda bu il üçün saxta viza ilə gəldiyi iddia edilən 160 nəfər Səudiyyə Ərəbistanında saxlanılıb ki, onlardan 20 nəfəri isə türkdür. Bu gün 20 nəfər Türk vətəndaşının saxta viza iddiasından Səudiyyə Ərəbistandan buraxılmadığı bildirilib.

Related Articles

+994 50 295 94 79
top