“AZƏRSU” 5 AYDIR Kİ, XIZI RAYONUNDA İŞLƏTDİYİ FƏHLƏLƏRİN MAAŞLARINI VERMİR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu barədə bir neçə fəhlə 7GUN.az-a danışıb:” “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 5 aydı bizim pulumuzu vermir. Hər dəfə müxtəlif bəhanələr uydururlar. Ailələrimiz bizdən pul gözləyir. Artıq ailələrimizin telefon zənglərinə cavab verə bilmirik.

Bu özbaşınalıq və haqsızlıq nə vaxta qədər davam edəcək?

Belə biabırçılıq olar?

Vəzifəli şəxslər ölkədəki inkişafdan danışır. İnkişaf etmiş ölkədə fəhlənin maaşını kəsərlər?

Xeyli müddətdir ailələrimiz necə yaşayır, nə yeyib-içirsə bizim xəbərimiz yoxdur. Gərək gedək Prezident Administrasiyasının qarşısında özümüzü yandıraq? Biz pulumuzu israrla tələb edəndə bizi təhdid edirlər”.

Deyilənlərə münasibət öyrənməyə çalışdıq. “5 ay yox, hardasa iki aydı fəhlələrin maaşları verilmir. Mən dəqiq deyə bilmərəm bu problem nə vaxt düzələcək”-deyə özünü iş icraçısı kimi təqdim edən Güləli Mirəliyev telefonu söndürdü.

Bu baş verənlərə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən ümumiyyətlə münasibət öyrənə bilmədik.

Mövzunu davam etdirəcəyik.

7GUN.az

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top