BAŞ NAZİR OLMAQ İSTƏYİRDİi… – ADAMLARI DA QULDUR DƏSTƏNİ XATIRLADIRr…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda yüksək postda dəyişiklik gözlənilir. Bu barədə Nazirlər Kabinetindəki mötəbər mənbə açıqlama verib. Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə maliyyə naziri postunda dəyişiklik baş verə bilər.

Mənbə bildirir ki, hazırda bu postu tutan Samir Şərifovun adı zamanında bir çox maliyyə qalmaqallarında hallanıb: “Elə bu gün də faktiki olaraq Samir Şərifov bir maliyyə fırıldaqçıları şəbəkəsinə rəhbərlik edirmiş kimi təəssürat var. Ən azından yerli KİV-lərə nəzər salsaq, görərik ki, ayrı-ayrı yerlərdə maliyyə nazirliyinin əməkdaşları əslində daha çox büdcədən ayrılan pulların mənimsənilməsinə şərait yaratmaqla məşğuldurlar ki, bu işdə də əsas maraqlı tərəfin elə Samir Şərifovun özünün olduğu faktdır”.

Mənbə xatırladır ki, son prezident seçkilərinə qədər adı hətta baş nazir postuna iddialılar sırasında ən şanslı namizəd kimi hallandırılan Samir Şərifov bu arzuları ürəyində qalandan sonra əsas gücünü mövqelərini qorumağa səfərbər edib: “Seçkilərdən sonra ona tixunulmadı. Amma bu da əbədi deyil. Çünki bu gün yerlərdə daha çox şikayətlər məhz maliyyə orqanlarındandır və hətta bu isyiqamətdə ən səthi hüquqi araşdırmanın aparılacağı təqdirdə belə ortaya ciddi faktların çıxa biləcəyi ehtimalları yüksək olduğundan nəhayətdə qeyd olunan sektorda cidddi təlatüm qaçılmazdır. Məhz bu faktoru nəzərə alan “yuxarılar” nəhayətdə Samir Şərifovla vidalaşmaq qərarını veriblər”.

Onu da xatırladaq ki, Samir Şərifovun adı zamanında Beynəlxalq Bank qalmaqalında da yetərincə hallandırılmışdı. Mənbə açıqlamasında bildirir ki, yaxın vaxtlarda bütün bu faktlara istinad olunaraq məlum dəyişiklik qərarına imza atılacaq.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

DİA.AZ

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top