TRAMP VERGİDƏN YAYINMADA İTTİHAM EDİLİR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Nyu-York ştatının vergi xidməti ABŞ prezidenti Donald Tramp və ailəsinin vergidən yayınma məsələsini araşdırır.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat “New York Times” qəzetində yayımlanıb.

Nəşrin apardığı araşdırmanın nəticələrinə görə, Ağ Evin hazırkı sahibinə atasından 413 milyon dollar dəyərində daşınmaz əmlak miras qalıb. Trampın atası bu var-dövlətə vergidən yayınmaqla sahib olub.

Prezidentin vəkili Çarlz Xarder məlumatı “yalan” adlandırıb, Ağ Evdə də Trampın vergidən yayınması barədə informasiya inkar edilib.

Related Articles

+994 50 295 94 79
top