MƏMUR QIZINDAN ATASININ İŞDƏN ÇIXARILMASINA – REAKSİYA – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova atasının vəzifəsindən kənarlaşdırılmasından sonra paylaşdığı video ilə diqqət çəkib.

Kult.az xəbər verir ki, A.Şükürova İnstaqramda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəzifə ilə bağlı çıxışlarından birini paylaşıb.

“Qula qul olmayın – istər prezident olsun, istər baş nazir, istərsə də pul ataları… Məqam, vəzifə sahiblərinin önündə əyilməyin. Bilin ki, ruzinin sahibi Allahdır”, – Türkiyə lideri sözügedən videoda deyir.

Qeyd edək ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə vəzifəsindən azad edilib.


Related Articles

+994 50 295 94 79
top