BU QIŞ SOYUQDAN DONACAĞIQ – XƏBƏRDARLIQ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

NASA-nın alimləri buz dövrünə qayıdış gözlədiklərini deyiblər

Bu qış rekord dərəcədə soyuqlar qeydə alınacaq. Bu xəbərdarlıq NASA-dan edilib. Qurumun iqlim araşdırması hesabatında qeyd edilib ki, yayı rekord temperaturla keçirən dünya tarixinin ən soyuq qışını yaşaya bilər. “Bir neçə ay ərzində həddindən artıq soyuqlara hazır olmalıyıq”, deyə mütəxəssislər bildiriblər. Hətta bu qışa “buz dövrü”nə qayıdış da demək olar.

Mütəxəssislər Günəşin ən üst təbəqəsindəki ləkələri, eləcə termosfer qatının tədqiqindən sonra belə qənaətə gəliblər. Belə ki, günəş üzərindəki ləkələr ən aşağı səviyyədə olub. Müşahidəçilər deyirlər ki, azalan və ya artan bu ləkələr iqlim şəraitində müəyyənedici rola sahibdir. Ləkələrin azalması və ya heç olmaması dünyada isti temperatur şəraitinə təsir edir.

Günəşdəki ləkə hərəkətliliyi artanda termosfer isinir, az olduqda isə soyuyur. Hazırda isə soyuma müşahidə olunur.

NASA-nın elm adamlarının sözlərinə görə, Günəşdə bənzər vəziyyət 18-ci əsrdə qeydə alınıb. Məhz həmin dövr tarixə “mini buz dövrü” kimi daxil olub. “Əgər proses belə davam edərsə temperaturun rekord səviyyədə azalmasına hazır olmalıyıq”.

Related Articles

+994 50 295 94 79
top