HƏBİB TƏRƏFİNDƏN DÖYÜLƏN MƏŞQÇİ ERMƏNİ İMİŞ – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

UFC kəmər sahibi Konor Makqreqorun məşqçisi, Braziliya cui-citsusu üzrə dünya çempionu Dilon Denis ermənidir.

Oxu.Az “Rusarminfo”ya istinadla xəbər verir ki, Danis 1993-cü il avqustun 22-də Nyu Cersidə anadan olub.

2016-cı ildən Makqreqorun məşq komandasına rəhbərlik edir.

“Çoxları bilmir, ancaq mən erməniyəm. Mən fəxr edirəm ki, bu ölkəni təmsil edirəm”, – Denis hələ 2016-cı ildə deyib.

Xatırladaq ki, bazar günü qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov Las Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gəlib.

Döyüşdən sonra Həbib Nurməhəmmədov oktaqondan kənara atılıb və Dilon Denisi onun dinini təhqir etdiyinə görə döyüb.

 

 

 

Related Articles

+994 50 295 94 79
top