MAAŞ VƏ PENSİYA KARTLARINDAKI VƏSAİTİN 50%-NİN ÇIXARILMASINA MƏHDUDİYYƏT QOYULA BİLƏR – YENİLİK.AZ

MAAŞ VƏ PENSİYA KARTLARINDAKI VƏSAİTİN 50%-NİN ÇIXARILMASINA MƏHDUDİYYƏT QOYULA BİLƏR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı bu günlərdə daha bir addım atıldı. Prezident İlham Əliyev “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiqlədi.

Proqramın icrası nəticəsində Azərbaycanda nağdsız ödənişlərin illik həcminin təqribən 17 mlrd. manat artacağı gözlənilir. Son nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə düşməlidir. Hazırda Azərbaycanda ümumi pul dövriyyəsi 200 mlrd. manata yaxındır ki, bunu da cəmi 26%-i nağdsız formadadır.
Qeyd edək ki, Azərbaycanda sayı getdikcə artan ödəniş sisteminlərinin sayəsində hər il plastik kartlarla internet ödənişlərində 10%, POS-terminallarla ödənişlərdə isə təxminən 2 dəfə artıma nail olunur. Bununla belə, ölkədə nağdsız ödənişlərlə bağlı vəziyyət hələ ki, qaneedici səviyyədə deyil.

Banker.az-ın Report resursuna istinadən məlumatına görə, əhali arasında nağdsız ödənişlərə maraq oyatmaq üçün maarifləndirmə işləri ilə yanaşı bir sıra rıçaqlardan da istifadə etməyə ehtiyac var. Məsələn, bir sıra ölkələrdə əhalinin aztəminatlı təbəqəsinə “Bank bank hesabı” adlı xidmət göstərilir ki, bu da onların maliyyə xidmətlərinə çıxış imkanlarını artırır, insanları nağdsız ödənişlər aparmağa stimullaşdırır.

Bundan başqa, vətəndaşların maaş və pensiya kartlarındakı pulun bir hissəsini (ilkin dövr üçün 50%-ni) nağd formada xərcləməsinə məhdudiyyət qoyula bilər. Yəni, inzibati yolla da nağdsız ödənişlərin payını artırmaq mümkündür.

Xalqxeber.az

Related Articles