“MÜƏLLİMLƏRƏ HANSI HƏDİYYƏNİ ALMISIZ?” – SUALINA MİNGƏÇEVİR MƏKTƏBLİLƏRİNDƏN ŞOK CAVABLAR – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Mingəçevir şəhərində Müəllimlər Günü ilə bağlı keçirilən sorğu geniş müzakirələrə səbəb olub.

Missiya.Az xəbər verir ki, sorğu məktəb şagirdləri arasında aparılıb.

Şagirdlərə “Müəllimlərə hansı hədiyyəni almısız?” və “Müəllimlər Gününə pul yığmısınızmı?” sualı ünvanlanıb. Məktəblilərin demək olar ki, hamısı müəllimləri üçün pul yığıldığını etiraf edib. Onlar yığılan pulların məbləğini də açıqlayıblar. Bəzi məktəblər 20 manatdan, bəziləri isə 5, 10, 15 manatdan pul yığıblar.

Məktəblilərin bu etirafları təhsil ocaqlarında rüşvətxorluğun hökm sürdüyündən xəbər verir.

Qeyd edək ki, Təhsil Nazirliyi məktəblərdə Müəllimlər Günü münasibəti ilə pul yığılması barədə xəbərdarlıq edib. Görünür məktəb direktorları  Nazirliyin bu xəbərdarlıqlarını qulaq ardına vururlar.

Related Articles

+994 50 295 94 79
top