QAZAXDA İCRA BAŞÇISININ AÇILIŞINI ETDİYİ 3 SAYLI UŞAQ BAĞÇASINDA ŞIDIRĞI RÜŞVƏT YIĞILIR – İDDİA – YENİLİK.AZ

QAZAXDA İCRA BAŞÇISININ AÇILIŞINI ETDİYİ 3 SAYLI UŞAQ BAĞÇASINDA ŞIDIRĞI RÜŞVƏT YIĞILIR – İDDİA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Qazaxda yerləşən 3 saylı körpələr evi-uşaq bağçası rüşvət mənbəyidir.

Bu barədə Mediaxeberleri.az-a valideynlər bildirib ki, dəfələrlə baxçaya get-gəl ediblər ,amma bağçadan bildiriblər ki, uşaq bağçasında boş yer yoxdur . Tanış valideyinlərin vastəsi ilə öyrənib ki, uşaq bağçasında uşaqı qediyyata almaq üçün 50 azn bəri başdan müdrə Asya Alhüseyinovaya pul ödəməlidi. Pulu Kəmalə Sanıyevanın əli ilə verməyimizi də tövsiyyə etmişdilər.

3 saylı bağçada da yerlərin dolduğunu və uşaq qəbulunun dayandırıldığını söylədilər. Uşağının bu bağçada tərbiyə aldığını deyən valideyn hər şeydən razılıq etsə də buranın pullu olduğunu dedi: “Bir müddət əvvəl uşağımı baxçaya götürmədilər. 50 manat Kəmalə müəlliməyə verdikdən sonra Asya Alhüseyinova uşağımızı qəbul etdi. İndi Kəmalə adlı müəllimə deyir ki, bağça təmirdən çıxdığı üçün yenidən pul yığılır”.

Baxçalarda tez-tez aparılan kadr dəyişikliyi uşaq psixologiyasına da mənfi təsir göstərir. Uşaq həmişə öyrəndiyi müəlliməsini daha çox sevir. Digəri ilə əvəzlənən də uşaqda mənəvi pozğunluq yaranır. Bunu da, uşaq psixoloqları yaxşı bilirlər.

Daxil olan digər məlumatlarda isə, baxçalarda ayda bir dəfə iz itirmək üçün kadr dəyişikliyi aparıldığı deyilir. Bacarıqlı kadrlar Gülüyə Həsənovanın təkidi ilə əsasız olaraq işdən kənarlaşdırılır. İxtisası olmayan, lakin pullu adamlar baxçaya işə gətirilir. Baxçada baxımsızlıq ucbatından uşaqlar tez-tez yolxucu xəstəliyə tutulurlar?

Bəs görəsən rüşvətin, korrupsiyanın əleyhinə olan icra başçısı Rəcəb Babşov hara baxır?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

PS. Yazı Mediaxeberleri.az informasiya agentliyinin mövqeyi deyil və Əzizə İsmayılova adlı facebook istifadəçisinə istinadən verilib.

Xalqxeber.az

Related Articles