QAZAXIN BAŞÇISI VƏ XANIM MÜAVİNİ UŞAQ BAĞÇALARINDA BAZAR AÇIB – ÖZBAŞINALIQ, DƏRƏBƏYLİK… – YENİLİK.AZ

QAZAXIN BAŞÇISI VƏ XANIM MÜAVİNİ UŞAQ BAĞÇALARINDA BAZAR AÇIB – ÖZBAŞINALIQ, DƏRƏBƏYLİK…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Qazaxın uşaq bağçaları böyüklərin yem mənbəyi kimi xidmət göstərir. Rayonun icra hakimiyyəti başçısı bağçaları necə “tas”a oturdubsa, pulsuz uşaq qəbulu həyata keçirilmir.

Cahan.info-nun verdiyi xəbərə görə, Qazaxın 3 saylı körpələr evi-uşaq bağçası da bu mənada “nümunəvidir”. Məlumatı ilk yayan mediaxeberleri.az-a deyilənə görə, valideynlər dəfələrlə get-gələ salınıb.

Bağçadan bildirilib ki, yer yoxdur və qəbul mümkün deyil. Amma sonra tanış valideynlərdən öyrənilib ki, uşaq bağçasındaqeydiyyata almaq üçün 50 manat müdirə Asiya Alhüseynovaya çatmalıdır. Həmin pul tərbiyəçi Kəmalə Sanıyevanın əli ilə ödənilir.

Bağça müdirəsinin rüşvətlə uşaq qəbulunun qaynağı isə Qazax RİH-nin olduğu deyilir. İcra başçısı Rəcəb Babaşovun yaratdığı mühit bağçaları rüşvət yuvalarına çevirib.

Ancaq iş bununla bitməyib. 3 saylı bağçada təmir adı ilə pul yığmağa başlanıb. Dövlətin büdcəsindən körpələr evlərinin təmirinə, qidalanma və digər xərclərə vəsait ayrılır.

Amma bağça müdirəsi bunu valideynlərin canından çıxarır. Hətta deyilənə görə, Qazaxın icra hakimiyyəti nümayəndələri əksər uşaq bağçalarında analoji işləri həyata keçirirlər.

A.Alhüseynova qeyri-rəsmi çevrədə pulu təkcə özünə yox, yuxarıya da çatdığını deyərək gileylənib. Bundan başqa, bağçalarda tez-tez aparılan kadr dəyişikliyi uşaq psixologiyasınamənfi təsir edir.

Daxil olan digər məlumatlarda isə, baxçalarda ayda bir dəfə iz itirmək üçün kadr dəyişikliyi aparıldığı deyilir. Sözügedən sayt yazır ki, bacarıqlı kadrlar RİH başçının müavini Gülayə Həsənovanın təkidi ilə əsassız olaraq işdən kənarlaşdırılırlar, ixtisası olmayan, pullu adamlar bağçaya işə gətirilir.

Bundan öncə avropa.info xəbər yaymışdı ki, İkinci Şıxlı kəndi 1 saylı uşaq baxçasının müdrəsi Sədaqət Rəsulova və tərbiyyəçi Turan müəllimə işdən azad edilib.

Məsələnin maraqlı tərəfi bundadır ki, həmin uşaq bağçasına müdirə həmin bağçada təmizləyici xadimə kimi çalışan Məhəbbət xanım təyin edilib.

Xadimə vəzifəsindən bağça müdirəsi vəzifəsinə təyin edilən Məhəbbət xanım isə işdən azad olunmuş tərbiyyəçi Turan müəllimənin yerinə öz gəlinini işə götürüb.

Qeyd edək ki, uşaq bağçaları icra hakimiyyətlərinin bazasında fəaliyyət göstərir. Məlumata görə, təmizləyici xadimə Qazaxın başçımüavini Gülayə Həsənovanın təqdimatı ilə icra başçısı Rəcəb Babaşovun sərəncamı əsasında bağça müdirəsi təyin edilib.

G.Həsənova xəbəri təsdiqləyib. Onun fikrincə, yeni bağça müdirəsi tibb texnikomunu bitirdiyi üçün bağça müdirəsi təyin edilməsindəproblem yoxdur.

Qazax şəhərində fəaliyyət göstərən uşaq bağçaları-körpələr evindəki acınacaqlı vəziyyətlə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlar da dediklərimizi təsdiq edir. Burada uşaqların və körpələrin tərbiyəsi ilə məşğul olan 6 bağçadan yalnız 1-i müasir dövrün tələblərinə cavab verir.

Hər il külli miqdarda bağçalara ayrılan vəsaitdən bağçada təkcə bir adda yeməyin adı məlumdur: “Sup”. Nahaq yerə demirlər ki, soyuq havada istilik yeməkdən vacıbdir.Deyilənlərə görə, Gülayə Həsənovanın adı rayonunun məktəbəqədər uşaq müəssisələri və orta məktəblərinin kurasiyası işində yol verilən əyrintilərdə daha çox çəkilir.

Onun uzun illərdir ki, bu vəzifədə çalışmaqla Qazaxın təhsil sahələrini tam nəzarətinə götürdüyünü vurğulayan məlumatlı şəxs bildirir ki, Gülayə Həsənova təxminən, 10 il bundan öncə Rusiya Federasiyasında gül alveri ilə məşğul olub.

Deyilənlərə görə, o, ticarətdən yetərincə gəlir əldə etdikdən sonra Azərbaycana geri dönüb və burada məsul vəzifəyə işə düzəlməyə çalışıb. İlk əvvəl o, paytaxt Bakıda şansını yoxlayıb. Lakin Bakıda özünə müvafiq iş tapa bilmədikdən sonra Qazax rayonuna yollanıb.

Rayon sakinlərinin xalqxeber.az-a bildirdiyinə görə, rayonun o zamankı icra başçısı Rauf Hüseynovun dəstəyini aldıqdan sonra Gülayə Həsənova indiki vəzifəsinə, Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri postuna gətirilib.

Gülayə Həsənova rayonun deputatları Ülviyyə Ağayeva və Kamran Nəbizadənin himayəsinə arxalandığını üçün olduqca rahat şəkildə hərəkət edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Cahan.info

Xalqxeber.az

Related Articles