ARİF ƏSGƏROVUN QOHUMU MƏHKƏMƏDƏ QANDALLANDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun məhkəməsi keçirilib.

Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək R. Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin, azadlıqda olan R.Hüseynovun məhkəmə zalında qandallanmasını tələb edib.

Proses oktyabrın 16-da davam etdiriləcək.

İttihama görə, R.Hüseynov “Azərbaycan Dəmiryolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul “atıb”. Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

R.Hüseynov eyni maddə ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən qardaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top