GORAMBOY İCRA BAŞÇISINDAN HEYDƏR ƏLİYEVƏ QARŞI HÖRMƏTSİZLİK

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ölkə başçısının regionların inkişafına ayırdığı vəsaitlər sayəsində bölgələrimizin infrastrukturu demək olar ki, tamamilə yenilənib, müasirləşib. Moderator.az-a göndərilən bir oxucu müraciətindən belə anlaşılır ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin başı başqa şeylərə qarışıb.

Redaksiyamıza məktub yollayan Goranboy sakini, rayonun mərkəzində yerləşən “Heydər bulağı”nın baxımsızlığını əks etdirən fotoların ictimailəşməsini istəyir. Rayon sakini bildirir ki, bulaq bərbad vəziyyətdədir və bununla heç kim maraqlanmır. Bildirir ki, bulağın altı krantı var və onlardan beşi bağlanıb, birinin isə suyu yerə axdığından onu da şlanqla ağacların dibinə çəkiblər. Bir sözlə, sakinlər “Heydər bulağı”ndan su içib mərhum prezidentin ruhuna dualar oxuya bilmirlər.

Təsəvvür edin ki, ölkə başçısının etimad göstərərək Goranboy kimi bir rayona icra başçısı təyin etdiyi, bu azmış kimi “Şöhrət” ordeni ilə təltif etdiyi Nizaməddin Quliyev rayonun mərkəzində “Heydər bulağı”ndakı bu vəziyyətlə maraqlanmırsa, kəndlərdəki vəziyyəti şərh etməyə ehtiyac yoxdur. Ümid edirik ki, bu mövzunu ictimailəşdirdikdən sonra icra başçısının gözləri həm bizim yazını, həm də bulağın bərbad vəziyyətini görəcək.

Bu hələ harasıdır? Bulaq kompleksinin bir addımlığındakı saatın hər bir üzündə ayrı-ayrı vaxtlar göstərilir. Saatın vaxtları belədir: 06:30, 13:55, digər üzündə isə 11:55-dir.

Belə yerdə demək yerinə düşər ki, ay Nizaməddin müəllim, adamın qolunda bahalı saat olanda nə olar, axı sizin kimi hamının bahalı saat almağa imkanı yoxdur. Heç olmaya bu saatı da təmir etdirin!
Xalqxeber.az

 

Related Articles

+994 50 295 94 79
top