KATV1 ABONONTLƏRİNİ ÖZÜNDƏN ÇIXARTDI: “BELƏ BİABIRÇILIQ OLMAZ” – YENİLİK.AZ

KATV1 ABONONTLƏRİNİ ÖZÜNDƏN ÇIXARTDI: “BELƏ BİABIRÇILIQ OLMAZ”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

KATV1 kabel televiziyası şirkətinin xidməti narazılıq doğurub
Bəzi abonentlərin sözlərinə görə, şirkət tərəfindən verilən internet tez-tez kəsilir. Onlar iddia edir ki, məsələ ilə bağlı şikayələrini dinləyən və problemi aradan qaldıran yoxdur.

Minval.info xəbər verir ki, Bakı sakini Adil Ağayev KATV1-nin ölkədə ən bərbad formada fəaliyyət göstərən kabel televiziya şirkəti olduğunu qeyd edir.

O deyir ki, məcburiyyətdən provayderi dəyişdirə bilmir və problemin aradan qaldırılmasını istəyir: “İnsanların şikayətlərinə diqqət yetirmirlər, yola verirlər adamı. Elə olub ki, 15 saatdan çox evdə internet kəsilib. Bu qədər biabırçılıq olmaz ödəniş 1 dəqiqə gecikən kimi, interneti kəsirlər. Amma saatlarla internet olmayanda önəmsəmirlər. Nə qədər olar texniki problem? Eyni, şablon, klassik yalanlarıyla insanları aldadırlar məcburiyyətdən bu provayderi işlədirəm. Bu bəhanələrə son versinlər”.

Bununla yanaşı, paytaxt sakibnin Rauf Meydiyev adıçəkilən şirkətdən şikayətlənir: “Son zamanlar KATV1-in hər gün interneti kəsilir. Ən acınacaqlısı isə budur ki, şikayət etməyə nömrə də tapmırsan. 127-yə düşmək olmur, “Whatsapp” nömrələri cavab vermir, sosial şəbəkədə yazılanlar cavablandırılmır. Bununla yanaşı, əraziyə uyğun filial da problemi aradan qaldırmır”.
Onlar sosial media hesablarında KATV1-in fəaliyyətindən gileylənirlər. Eyni zamanda, rəy bölməsinə yazanlar da deyilənləri təsdiqləyir və provayderi dəyişməyi məsləhət görürlər.

Onun sözlərinə görə, kabel televiziyasında təkimləşdirmə işləri aparıldığından bəzi problemlər meydana çıxıb:

“KATV1 abonentlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədi ilə hər zaman yeni texnologiyaların imkanlarından yararlanmaqdadır. Belə ki, daim avadanlıqlar yenilənir, profilaktik işlər aparılır. Əlbəttə ki, istənilən sahədə müasir texnalogiyaların tətbiqi, yenilənmə və profilaktik tədbirlər zamanı bəzi məhdudiyyətlər yaranır və tez bir zamanda aradan qaldırılır. Bu texniki yenilənmələr səbəbindən KATV1-in bəzi abonentlərə göstərdiyi internet xidmətlərində planlaşdırlmamış fasilələr yaranıb. Bu fasilələrin qısa müddətli olması üçün şirkət əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar, hazırda təkimlləşdirmə işləri davam etdirilir”.

Pərvin bəy həmçinin “bununla bağlı nəyə görə xəbərdarlıq ediləməyib” sualına münasibət bildirib:

“Hamıda bu problem yaşanmayıb, zənglərə cavab verilərək abonentlər məlumatlandırılıb. Sadəcə, zənglər çox olduğundan xətt yüklənir və müştəri xidmətimiz bütün suallarını cavablandıra bilmir”.

Xalqxeber.az

Related Articles