LƏNKƏRANSKİNİN ÖLÜMÜNƏ GÖRƏ DƏ “LOTU QULİ” DİNDİRİLİR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev isə axtarışa verildi

Türkiyədə yaşayan “qanuni oğru” Nadir Səlifov (“Lotu Quli”) İstanbulda saxlanılmasının bəzi təfərrüatları məlum olub.

Nadir Səlifov İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində dünən axşam saatlarında saxlanılıb. O, İstanbulda Vətən Prospektində yerləşən yaşayış binaların birində keçirilən əməliyyat zamanı tutulub.

Tutulmasına səbəb, “Loti Quli” Türkiyədən Rusiyaya etdiyi tele-konfranslar vasitəsilə xərac toplamaqda ittiham olunur. Onun əsasən rusiyalı iş adamlarından vəsait topladığı bildirilir.
Bu cinayətlərlə yanaşı, 18 avqust 2016-cı il tarixində İstanbulun Barbarossa bulvarında öldürülmüş “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) qətli ilə bağlı cinayət işindədə adı hallanır

Lotu Quliyə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də daxil olmaqla 4 azərbaycanlı və “Şirinlər” dəstəsinin 9 üzvü də həbs olunmuşdu. Azərbaycanlı polkovnikin 2016-cı ildə Beşiktaşda güllələnərək qətlə yetirilən qardaşı Rövşənin qisasını almaq üçün Şirinlər dəstəsinə 5 milyon dollar verdiyi bildirilirdi.
Digər tərəfdən “Loti Quli”nin Fransanın Tuluza şəhərində yaşayan və özünü “Opasnı Roma” kimi qələmə verən Azərbaycan vətəndaşı Rahim Namazovun ailəsi və özünün güllələnməsində də adı hallanır. Artıq Nadir Səlifovun qardaşı Namik Səlifov da axtarışa verilib.

Bütün yuxarıda sadaladığımız cinayət hadisələri ilə bağlı da araşdırma aparılır və Nadir Səlifovdan izahat alınıb.

unikal.org

 

Related Articles

+994 50 295 94 79
top