SAHİBLƏRİ “SƏBA”YA NƏDƏN ARXA ÇEVİRİR… – ASC İFLASINI ELAN EDƏ BİLƏR – YENİLİK.AZ

SAHİBLƏRİ “SƏBA”YA NƏDƏN ARXA ÇEVİRİR… – ASC İFLASINI ELAN EDƏ BİLƏR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ən böyük broyler məhsulu istehsalçısı kimi tanına “SƏBA” (keçmiş “Dəvəçi Broyler”) son günlər özünün ən böhranlı dönəmini yaşamaqdadır. Bu barədə məlumatlı mənbələrdən informasiya daxil olub. Qaynaq iddia edir ki, vəziyyət hətta tanınmış bredndin birdəfəlik olaraq bazarları tərk etməsi ilə belə yekunlaşacaq həddədir.

Xatırladaq ki, sahibləri (bunun “Bank Respublika” olduğu qeyd olunur) zaman-zaman “Səba”dakı problemləri aradan qaldırmağa çalışırlar. Hətta bu ilin 27 avqust tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Səba” ASC-nin qiymətli kağızları BFB-də Alternativ Bazar seqmentində listinqə daxil edilib. Qeyd edək ki, ticarətə hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm çıxarılıb (cəmi 4 milyon 790 min 592 manat).

Əslində bu yolla “Səba”nın çöküşünün önlənməsinə çalışılsa da, bunun da bir fayda vermədiyi söylənilir. Belə ki, danışan mötəbər mənbənin iddialarına görə, yaxın günlərdə “Səba” ASC rəsmən müflis elan oluna bilər.

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq…

DİA.AZ

Xalqxeber.az

Related Articles