BAKIDA ÖLÜMLƏ BİTƏN QƏZANI ARZU RƏHİMOVUN “SAĞ ƏLİ”NİN OĞLU TÖRƏDİB – TƏCİLİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Bakı-Sumqayıt yolunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsini kimin törətdiyi məlum olub

Cahan.info-ya verilən məlumata görə, qəzanı törədən 99 RA 025 dövlət nömrə nişanlı, “Hunday-Sonata markalı avtomobilin sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğludur.

Məlumatda bildirilir ki, hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Ancaq sürücünün kimliyi, Ş.Məmmədovun oğlunun olması sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi, general Arzu Rəhimov tərəfindən gizlədilir. Ölənin adı mətbuata açıqlansa da, sürücünün kimliyi gizli saxlanır. Bunun səbəbi bilinmir.

Bildirək ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99 RA 025 dövlət nömrə nişanlı, “Hunday-Sonata” markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.

Qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur. Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub. Qeyd edək ki, bundan əvvəl də A.Rəhimovun müavini olmuş general Novruzəli Orucovun oğlu avtobus şoferini döyməklə gündəmə gəlmişdi. General oğlu həbs olunub, atası işdən çıxarılıb.

Hadisə ilə bağlı ən son məlumatları əldə etməyə çalışırıq.

Cahan.info

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top