İLQAR ABBASOV QURTULMAQ ÜÇÜN GÜNAHI ABUTALIBOVUN ÜSTÜNƏ ATIR – SÖKÜNTÜ, QANUNSUZ TİKİLİLƏR “TORPAQ MAFİYASI” – YENİLİK.AZ

İLQAR ABBASOV QURTULMAQ ÜÇÜN GÜNAHI ABUTALIBOVUN ÜSTÜNƏ ATIR – SÖKÜNTÜ, QANUNSUZ TİKİLİLƏR “TORPAQ MAFİYASI”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Dünən Dövlət Başçısı Bakı şəhərində aparılan qanunsuz tikinti işləri ilə bağlı araşdırmaların aparıldığını və bu işdə iştirakçı olan hər kəsin cəzalandırılacağını sərt şəkildə bəyan etdi. Bu gün isə məlumat yayıldı ki, artıq hüquq-mühafizə orqanları Xətai rayonunda icra başçısı Razim Məmmədova yaxın məmuru həbs edib. Bu gün təqdim edilən faktlardan da bəlli olur ki, Suraxanı rayonunda qanunsuz tikintilərlə bağlı durum daha acınacaqlıdır və bu acınacaqlı durumun yaranmasında başçı İlqar Abbasovun və onun yaxın ətrafının adı daha çox hallanır. Mənbəmiz bildirir ki, Suraxanıda torpaqlar qarış-qarış satılır. Həm də icra başçısı yaşıllıqların məhv edilməsinə də göz yumaraq bu işlərə rəvac verir.

“Bu rayonda son illər ərzində ağaclara qarşı amansız münasibət göstərilir. Hansısa iş adamlarının və RİH-də çalışan yetkili şəxslərin maraqları naminə minlərlə ağac qurban verilib. Yaşıllıqları məhv edib yerində müxtəlif ticarət obyektləri inşa ediblər. Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri torpaq satışının onların sərəncamında olmadığını bildirir. Bütün günahı Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun üzərinə atırlar. Guya qeyri-qanuni tikinti işlərinin aparılmasına zamanında mer icazə verib. Əslində isə rayonun hüdudları daxilində görülən qanunsuz tikinti işlərinin arxasında RİH-in bəzi nümayəndələri dayanır. Qeyd edim ki, ölkə rəhbərliyi tərəfindən İlqar Abbasovun fəaliyyəti müsbət qiymətləndirilmir. Prezident Suraxanı rayonunda yeni tikilən, eyni zamanda təmirdən çıxan idarə və müəssisələrin açılışında çox vaxt iştirak etmir. Bu günlərdə Hövsan qəsəbəsində Fövqəlada Hallar Nazirliyinin akademiyası istifadəyə verildi. Deyilənə görə, ölkə başçısı açılışdan və qəsəbədə aparılan işlərdən razı qalmayıb» deyə mənbəmiz bildirir.

Mənbəmiz vurğulayır ki, son 9 il ərzində Suraxanı RİH-ə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi təyinatdan kənar məqsədlər üçün istifadə edilib: «İlqar Abbasovun böyük biznes şəbəkəsinə malik olması çoxlarına sirr deyil. Bu şəxs icra hakimi qoyulmamışdan əvvəl uzun müddət bizneslə məşğul olub. Tikinti sektorunda və digər sahibkarlıq sahələrində fəaliyyət göstərib. İcra başçısı vəzifəsinə keçəndən sonra isə rayona ayrılan maliyyə vəsaitləri hesabına biznes əlaqələrini daha da genişləndirib. Başçının nəyi yoxdur ki. Hazırda onun vəzifədən uzaqlaşdırılması ilə bağlı yuxarı dairələrdə müzakirələr gedir. Çox güman ki, icra hakimi tutduğu postdan kənarlaşdırılacaq».

Yuxarı Mədən, 6-cı Köndələn və…

Yeni Suraxanı qəsəbəsinin icra başçısı və komandasının gəlir mənbəyinə çevrildiyi aşkar olunub. Araşdırma zamanı o nəticəyə gəlinib ki, qəsəbə tikinti meydançasına və torpaq dəllalarının bazarına çevrilib. Qəsəbənin Yuxarı Mədən, 6-cı Köndələn və başqa küçələrində şıdırğı torpaq alveri gedir. Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev rayon icra başçısının torpaq biznesində mühüm kadrı hesab olunur.

Bakının bu qəsəbəsi sanki torpaq satışı üçün salınıb. Suraxanı rayon icra başçısı İlqar Abbasov artıq Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi qoymayıb, indi də Yeni Suraxanını satışa çıxarıb. Məlumatda bildirilir ki, İ.Abbasov Suraxanı rayon İcra Hakimiyyətində torpaq alverini bir neçə şəxsə həvalə edib. Suraxanıda tikinti üçün verilən sərəncamlara görə qeyri-rəsmi ödənişlər 5000 manatdan yuxarıdır.

Başçının bələdiyyə komandası

Rayondakı durumla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda o məlumata da rast gəldik ki, Qaraçuxur qəsəbəsi İlqar Abbasovun “qazanc mənbələri” siyahısında önəmli yerlərdən birini tutur. Bu qəsəbədə bələdiyyə sədri İxtiyar Nəcəfov torpağın 1 sotunu 10 və 12 min manat arasında satır. Son 2 ildə qəsəbənin mərkəzi parklarının ətrafında 50 dən çox sahibkar obyektləri tikilib. Bu obyektlərin tikliməsi üçün verilən torpağın 1 kvadratmetri isə 2000 manatdan aşağı olmayıb.

Bundan başqa Hövsan qəsəbəsində “koneçni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək hazırda 2500-3000 manata satılır. Amma Hövsanda icra başçısının əsas gəlirli biznesi dəniz yaxınlığında torpaqlarda 30 yaxın villa tipli evlərin tikilərək satılmasıdır. Bu biznesə icra başçısının ən yaxın adamı nəzarət edir. Son 5 ildə Hövsan qəsəbəsində dənizə yaxın ərazidə 80-dən çox ev tikilərək satılıb. Həmin evlərin qiyməti isə 80 min manatdan başlayaraq müxtəlif qiymətlərə qədərdir”.

Ümumiyyətlə, media üzərindən aparılan araşdırmalar zamanı da məlum olur ki, Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov, Əmircan bələdiyyəsinin sədri Rəfael Cəfərov, Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov, Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev və Zığ bələdiyyəsinin sədri Kənan Nəsrullayevin adı torpaq alverində hallanır.
“Kərpic zavod” da satıldı

Bu komanda İ.Abbasovun təkcə torpaq satışında gəlir gətirən heyətidir. Rayonda gəlirli digər sahələr barədə araşdırmalarımız da davam edir. Təkcə torpaq biznesindən əldə olunan vəsait isbat edir ki, İ.Abbasov “Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?!” deməyə yetərlidir. Bundan əlavə, icra başçısı və onun qəsəbələr üzrə köməkçiləri boş yaşıllıq əraziləri də ayrı-ayrı iş adamlarına müxtəlif məqsədlər üçün satır.
Yeni Günəşli qəsəbəsi isə bu baxımdan daha çox fərqlənir. “Kərpic zavod” kimi tanınan yerin ətrafı da torpaqlanaraq hansısa iş adamına satılıb. Qartal heykəli kimi tanından ərazidən “Kərpic zavod” istiqamətində gedərkən yolun kənarında böyük bir ərazi torpaqlanaraq satılmaq vəziyyətinə gətirilib. Bəlkə də satılıb və yeni sahibi oranı hamarladıb. Bu haqda mətbuatda da xəbərlər yayılıb.

Suraxanı ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az

Xalqxeber.az

Related Articles