KONOR VƏ HƏBİB UFC-DƏN DİSKVALİFİKASİYA EDİLDİ – YENİLİK.AZ

KONOR VƏ HƏBİB UFC-DƏN DİSKVALİFİKASİYA EDİLDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Nevada ştatının atletika komissiyası müvəqqəti olaraq rusiyalı Həbib Nurməhəmmədovu və irlandiyalı Konor Makqreqoru diskvalifikasiya edib.

Oxu.Az “Life” portalına istinadla xəbər verir ki, diskvalifikasiya oktyabrın 15-dən 24-dək davam edəcək və daha sonra komissiya döyüşçülərə qarşı sanksiyalar barədə qərar verəcək.

Komissiya Nurməhəmmədov və Makqreqor arasında Las-Veqasda baş tutan görüşdən sonrakı insidentlə bağlı müzakirələr aparıb.

Bundan əvvəl Nurməhəmmədov “Instagram” hesabında UFC-nin yalnız onun komandasına qarşı sanksiyalar tətbiq etməsindən qəzəbləndiyini bildirib.

Related Articles