MƏŞHUR PROFESSORDAN SƏRT SÖZLƏR: “BUNU ETMƏYİN, HAMIMIZIN GƏLƏCƏYİ…”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Daxili Xəstəliklər üzrə mütəxəssisi, məşhur professor Canan Karatay zeytun və zeytun ağacı haqqında mühüm açıqlamar verib.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, Canan Karatay zeytun yağının insan sağlamlığı üçün çox faydalı məhsul olduğunu bildirib:

“Sağlamlığımızı qorumaq məcburiyyətindəyik. Bütün qurumları heç bir fərq qoymadan, zeytunu və kənd təsərrüfatını dəstəkləməyə çağırıram. Bina tikməyin, beton ağacları əkməyin, zeytun ağacları əkin.

Hamımızın, uşaqlarımızın və nəvələrimizin gələcəyi zeytun və zeytun yağından asılıdır. Bütün dünya buna investisiya qoyur. Avtomobil investisiya əhəmiyyətli deyil. Yolların təmiri önəmli deyil. 9 mərtəbəli binaların, 50 mərtəbəli ticarət mərkəzlərinin tikilməsi önəmli deyil. Bu, mədəniyyət deyil. Mədəniyyət əkinçinin və kənd təsərrüfatının dəstəklənməsidir. Bir ölkə ancaq kənd təsərrüfatını yaşadarsa, ayaqda qalar. Əkinçi və kənd təsərrüfatını dəstəkləmək məcburiyyətindəyik. O zaman heç kim bizi əzə və bölə bilməz”.

Zeytun yağının dünyanın ən əhəmiyyətli antioksidantı olduğunu vurğulayan Karatay sözlərini belə tamamlayıb:

“Hippokrat Miladdan əvvəl beşinci əsrdə zeytun yağıyla mədə yarası və vəba kimi xəstəlikləri müalicə edib. Soyuq sızma zeytun yağı bağırsaqlardakı problemləri aradan qaldırır. Yaşlılarda bağırsaqların fəaliyyəti pozularsa, beyin də öz funkasiyasını itirməyə başlayacaq. Çünki bağırsaqlar ikinci beyindir”.

Related Articles

+994 50 295 94 79
top