DGK SƏDRİ DƏ URUSCA ÖYRƏNİR… – İDDİA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ölkədə Rus dili ilə bağlı müzakirələrin artdığı bir məqamda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin də ruscaya meyiullənməsi barədə xəıbər yayılıb. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, Səfər Mehdiyev tərcümeyi-halında rus dilini bildiyini iddia etsə də, onun ruscaya hakim olmadığı hər kəsə məlumdur, hətta “yuxarılara” da…

Məlumatlı mənbənin söylədikləri: “Hətta bu səbəbdən Səfər Mehdiyevin DGK sədri postuna təyin olunmaması da gündəmdə imiş. Lakin sonradan qərar Səfər Mehdiyevin xeyrinə verilir”.

Mənbə iddia edir ki, indi isə Səfər Mehdiyev özünə rus dili müəllimi tutub və həmin müəllim həftə ərzində iki dəfə DGK sədrinə ruscanı öyrədir.

Hər halda, “öyrənməyin heç bir zaman gec olmadığı” həqiqəti fonunda bizlər də hörmətli baş gömrükçümüzə dərslərində nailiyyətlər arzulayırıq…

DİA.AZ

Related Articles

+994 50 295 94 79
top