ƏDALƏT QƏMBƏROVUN HİMAYƏDARI KİMDİR?DƏLƏDUZLUQ VƏ YA KÜÇƏYƏ ATILAN KÖRPƏLƏR…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində “ARKO” MMC ilə “Badu Kubə” şirkəti arasında uzun illərdən bəri davam edən narazılıqla bağlı mətbuat konfransı keçirilib

Yenicag.az xəbər verir ki, mətbuat konfransında çıxış edən “ARKO” MMC-nin rəhbərliyi “Badu Kubə”nin sədri Ədalət Qənbərovun qanunsuz əməllərindən söz açıblar. Çıxışlarda Ədalət Qənbərovun qanunsuz əməlləri sadalanıb, onun sakinlərin başına oyun açdığı, dələduzluq yolu ilə insanları aldatdığı qeyd edilib. Qeyd olunub ki, Ədalət Qənbərov başqa-başqa insanların adına ev yazması nəticəsində bu gün Nərgiz Quliyeva adlı bina sakini iki körpəsi ilə birlikdə küçəyə atılır. “ARKO” MMC-nin rəhbəri Rəhilə Əsədullazadənin sözlərinə görə, Ədalət Qənbərovun əməlləri bununla bitmir, o, vergidən yayınır, kassa mədaxil çeki vermir, köhnə tarixlə insanlara ev satır. Bundan başqa iş xanımı qeyd edib ki, 5 ildir məhkəmənin çıxardığı qərarlar icra olunmur. Mütəmadi olaraq Ədalət Qənbərov qərarların icra olunmasına müxtəlif yollarla gah təzyiq göstərir, gah da mane olur.

Çıxışın sonunda Azərbyacanın prezidenti İlham Əliyevə müraciət edən “ARKO” MMC-nin rəhbərliyi qanunsuz əməllər törətməkdə davam edən Ədalət Qənbərov barəsində tədbir görülməsi üçün müvafiq göstəriş verilməsini xahiş ediblər.

Related Articles

+994 50 295 94 79
top