BİR-BİRİNİ SEVİBLƏR” – “ƏMİSİ GƏLİNİNİ QAÇIRDIĞINA GÖRƏ ÖLDÜRÜLƏN OĞLANIN ATASI – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Kəndin mərkəzində oğlumu daşla, lomla, küt ələtlərlə vurub öldürüblər”.

Yenilik.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri Quba rayonunun Tülər kəndində əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovun atası deyib.

Onun sözlərinə görə, hadisə gecə saat 1-2 radələrində verib:

“Mənim səhər xəbərim oldu. Dedilər ki, qonşuluqda olan gəlinlə qoşulub qaçıb. Bir-birini seviblər, çıxıb gediblər. Sonra əmim nəvəsigil onları Bakıdan tapıb gətiriblər. Kəndin mərkəzində xeyli adam döyərək öldürüb.

Evli olması ilə bağlı deyilənlər yalandır. Oğlumun 25 yaşı var, subaydır”.

Qeyd edək ki, qətlə yetirilən Elşad Əsədov artıq dəfn olunub.

 

Related Articles

+994 50 295 94 79
top