KƏNDİN 100-Ə YAXIN SAKİNİ POLİSƏ APARILDI – QUBADA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Qubada əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovla bağlı yeni faktlar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda 100-ə yaxın Tülər kənd sakini hadisə ilə polis şöbəsində dindirilir.

Bundan başqa, məlum olub ki, E. Əsədov Bakıdan kəndə gətirilərək dar bir küçədə bağlanılıb. Daha sonra sakinlər onu təpikləyərək öldürüb.

Mərhumun meyiti atasına təhvil verilib. Lakin kənddə adam olmadığından dəfn edilməyib.

Qaçırılan Aynur Əsədova da hazırda Quba rayon hüquq mühafizə orqanındadır.

 

Related Articles

+994 50 295 94 79
top