YUMURTALIQ KİSTALARI VƏ ONLARIN MÜALİCƏSİ – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Hər menstrual dövrünün əvvəlində (menstruasiyanın 1-ci günü) qadının yumurtalığında follikul yetişməyə başlayır.

Yetişmiş follikulun qişaları yırtılır və ondan yumurta hüceyrəsi çıxır. Bu prosess “ovulyasiya” adlandırılır. Daha sonra yumurta hüceyrəsi uşaqlıq borusuna düşür.

Follikulun qişalarından “sarı cisim” formalaşır. Sarı cisim hamiləlik üçün lazım olan hormonları ifraz edir. Hamiləlik baş vermədikdə sarı cisim tədricən kiçilir və yox olur. Lakin bəzən müxtəlif səbəblərə görə (hormonal pozulma, stress və s.) sarı cisim böyüməyə davam edir və bu yerdə kista (sarı cisim kistası) əmələ gəlir. Belə kistalar adətən heç bir müalicə tələb etmir və 1-2 menstrual dövr ərzində kiçilir və yox olur.

Digər müalicə tələb etməyən kistalar növü – follikulyar kistalardır. Bəzən follikul ovulyasiya olunmur və böyüməyə davam edir. Nəticədə follikulyar kista əmələ gəlir. Belə kistalar hətta tam sağlam qadınlara əmələ gələ bilər. Bu kistalar da əksər hallarda heç bir müalicə tələb etmir və 1-2 menstrual dövr ərzində yox olur.

Sarı cisim kistası və follikulyar kistalar “funksional kistalar” adlandırılır. Bu kistalar əksər hallarda qadının sağlamlığı üçün heç bir təhlükə yaratmır.

Müalicə tələb edən kistalar həqiqi kistalardır (bunlar “sistadenoma”lar adlandırılır)Həqiq kistaların vaxt keçdikcə xərçəng şişinə çevrilməsi ehtimalı var və bu səbəbdən belə kistalar cərrahiyyə yolu ilə xaric olunmalıdır.

Bu kistaların arasında – sadə seroz kistalar, çoxkameralı (və ya papilyar) kistalar, dermoid kistalar və endometrioid kistalardır. Adətən kistaların xaric olunması laparoskopik üsullarla həyata keçirilir. Xaric olunmuş kistanın toxuması laboratoriyaya analizə göndərilir.

Saglamolun.Az

Related Articles

+994 50 295 94 79
top