SURAXANI RAYON ZIĞ BƏLƏDİYYƏSİNİN NÜMAYƏNDƏLƏRİ 1-QRUP ƏLİLİN PULUNU MƏNİMSƏYİB

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Suraxanı Rayon Bələdiyyə nümayəndələri saxta sənədlə torpaq satmaqla 1-ci qrupp əlilin pulunu mənimsəyiblər??
Dövlət başçısının bu göstərişi hələlik icra olunmasa da bundan faydalanıb pul qazanan qrup peyda olub. Özü də bu, hansısa cinayətkar qrup yox, Bakı bələdiyyələrinin işçiləridir. Xüsusilə də Suraxanı rayon Zığ bələdiyyələrinin işçiləri qeydiyyatsız tikililərin sahiblərinə fərdi evlərin inşası üçün torpaqların saxta sənədlə satmaqla məşquldurlar. Bu barədə “DETEKTIV Lyuks” qəzeti redaksiyasına və saytına məlumat verən Suraxanı rayon Zığ qəsəbəsində yaşayan şikayətçi məlumat verib.
Şikayətçi Səmədova Gülaba bildirir ki, bələdiyyə işçiləri saxta möhürlü alqı satqı müqaviləsi və saxta möhürlü torpaq sənədini Mehman adlı bələdiyyə nümayəndəsi satmaqla məşquldu və xeyli miqdarda rüşvət alıblar.Belə əsaslandırırlar ki, fərdi evlərin dövlət qeydiyyatına alınması üçün bu pulları Suraxanı Rayon İcra Hakimiyyətin başçısına verəcək (bələdiyyələrin verdiyi torpaq sahəsinin hüdudları, evin sxemi də daxildir). Bununla qeydiyyat prosesi xeyli asanlaşaq. Səmədova Gülaba Bəhmən qızı Suraxanı rayonu Hövsan qəsəbəsi bağ massivi ünvanında iki uşağı, qızı və oğlu ilə yaşayır .Oğlu Ərzulla Sərxan oğlu 1-ci qrup əlildir.Qızı ona qulluq edir,Gülaba xanım isə özəl şirkətlərin birində xadimə işləyir.Səmədova Gülaba Bəhman qızı qeyd etmişdir ki, oğlumun müalicəsi ilə əlaqədar Unibankdan aldığım borcu ödəyə bilmədiyim üçün,yaşadığım evi sataraq borcumu ödədim. Qalan pul ilə isə özümüzə ev tikmək məqsədilə Suraxanı rayonu Zığ qəsəbəsindən Lalə adlı şəxsdən bir sot torpaq sahəsini 5000 (beş min) manata aldım.Torpağın çıxarışı olmadığına görə Zığ bələdiyyəsinə müraciət etdim. Bələdiyyədən Mehman adlı şəxs özünü bələdiyyə sədri kimi təqdim edərək həmin torpağa sənəd verəcəyini bildirdi.Bir şərtlə ki, 5000 (beş min) manat Suraxanı rayonu İcra Hakimiyyətində işləyən Arif adlı şəxsə ver,evini tik,sonra sənə 1200 (min iki yüz) manata sənəd verəcəm.Bununla razılaşmayıb əvvəlcədən sənəd verməyini istədim. Mənimlə razılığa gələrək 800 (səkkiz yüz) manat alaraq sənəd verdi.Onuda qeyd edim ki, bu sövdələşmələr torpaq aldığım Lalənin iştirakı ilə olub. Sənədi aldıqdan sonra 02.09.2018-ci il tarixdə evi tikmək üçün danışdığım Vüqar adlı şəxs (usta) məndən 4200 (dörd min iki yüz) manat alaraq İcra Hakimiyyətində işləyən Səməd adlı şəxs vasitəsilə İcra Başçısı İlqar müəllimə verəcəyini bildirdi. Əlavə isə müxtəlif adamlara vermək adı ilə Vüqar məndən 1970 (min doqquz yüz yetmiş) manat pul almışdır.Bununla yanaşı 5880 (beş min səkkiz yüz səksən) manat məndən pul almışdır.Hal hazırda tikintiyə icazə verilmir,bələdiyyə tərəfindən verilən sənəd qanunsuzdur,umumilikdə isə yuxarıda göstərilən şəxslər mənə 17050 (on yeddi min əlli) manat ziyan vurmaqla yanaşı 1-ci qrup əlil oğlum və qızımla evsiz çöllərdə qalmışıq. Bələdiyyə nümayəndələrin bu əməlləri bir daha subut edir ki, Suraxanı rayon Zığ bələdiyyəsinin sədri Kənan Nəsrullayev sözü gedən məsələdən agahdır. Biz Kənan müəllimlə əlaqə saxladıda bu məsələni təkzib etdi, maraqlı odur ki, bələdiyyə sədrinə məxsus olan möhür və ştamtan kim saxta sənəd üçün istifadə edə bilər? KİV Qanununun 8-ci maddəsini rəhbər tutaraq şifahi sorğu verməklə , Səmədova Gulaba Bəhman qızına bələdiyyə tərəfindən verilən alqı-satqı müqaviləsinin və bələdiyyə qərarının reyesterdən çıxarışını istəsək də buna nail ola bilmədik. Belə qənaətə gəlmək olar ki, sözü gedən sənətlərin nə kökü var nə də reyester qeydiyyatı. Prezidentimiz korrupsiyaya qarşı geniş miqyaslı mübarizə aparmağına baxmayaraq Suraxanı rayon Zığ bələdiyyəsinin sədri və nümayəndələri vətəndaşları hakimiyyətə qarşı müxalifətləşdirir. Redaksiyamız tərəfindən sözü gedən məsələni araşdırılması məqsədilə Milli Məclisə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğa, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə, möhürün və imzaların doğruluğun olub olmamasını xətt şunanslıq ekspertizasına göndərməyi özümüzə borc bilirik. Çünki Ulu Öndər, Ümummilli Liderimiz qeyd edib ki, Kütləvi İnformasiya Vasitələri mənim və xalqın güzgüsüdür, mən görmədiyim neqativ halları jurnalistlər mənə çatdırıllar. Azərbaycan Respublikasının vətəndaşlarının korrupsioner məçurların çirkin əməllərinnən qorunması üçün Azərbaycan Respublikasının Ali Baş Komandanı, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev siyasətinin laiqli davamçısı İlham Heydər oğlu Əliyevə müraciət edirik.

Araşdırma davam edir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq..
Teref.az

Related Articles

+994 50 295 94 79
top