HƏBİBLƏ KONORUN DAVASININ ƏSL SƏBƏBİ ÜZƏ ÇIXDI: HƏBSXANADA ZORLANAN… – ŞOK HƏQİQƏT

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası irlandiyalı döyüşçü Konor Makqreqorun komandasının üzvü Artyom Lobov Makqreqorla rusiyalı idmançı Həbib Nurməhəmmədov arasındakı münaqişənin səbəblərini açıqlayıb

Lobov bu haqda ESPN Yutub kanalına müsahibəsində danışıb.

“Əvvəlcə bizim aramızda – mənimlə və Nurməhəmmədov, həmçinin Həbiblə Konor arasında normal münasibətlər var idi. Ancaq hansısa bir anda Həbib nə üçünsə Konoru “petux” adlandırmağa başladı. Mən bilmirəm, Həbib niyə belə danışmağa başladı, axı Makqreqor onun haqqında pis heç nə danışmırdı”, – Lobov bildirib.

Döyüşçünün fikrincə, Nurməhəmmədov bilirdi ki, bu, Rusiyada bu ən ciddi təhqirlərdən biridir:

“Rusiyada həbsxanada zorlanan insanları belə adlandırırlar. Həbib bunu bilir, hamı bunu bilir. Bu, çox ciddi təhqirdir”.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.
Həbibin iddiasına görə, rəqibi onun dini, ölkəsi və atasını təhqir edib.(publika)

Related Articles

+994 50 295 94 79
top