LEYLA ŞXLİNSKAYA 56 MİN MANATI YENƏ QƏBUL ETMƏYİB, İŞ ƏLAVƏ EKSPERTİZAYA GÖNDƏRİLİB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri – baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.

O bildirib ki, Leyla Şıxlinskaya ona dəymiş 56 min ziyanı yenə qəbul etməyib.

Vəkil zərərlə bağlı əlavə ekpertizanın keçirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib və cinayət işi əlavə ekspertizaya göndərilib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

İttiham aktına əsasən, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib.

Related Articles

+994 50 295 94 79
top