QƏBƏLƏNİN İCRA BAŞÇISINDAN GİLEY… – KƏND QIŞA HAZIR OLMASA DA…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə bağlı şikayət məktubu ünvanlanıb. Çuxur Qəbələ kənd sakinləri adından redaksiyamıza daxil olan məlumatda deyilir:

“Başçı bizim kəndə keçən ilin martında gəlmişdi… Vədlər verdi. Kəndin problemlərini üzünə dedik. Dedi ki, həll edəcək. Üstündən 2 ilə yaxın vaxt keçib. Hələ də Kənddə problemlər qalıb. Bu problemlərlə bağlı nazirlərə da yazmışıq. Başçı da bilir. İndi qarşıdan qış gəlir. Bizim kəndin camaatı üzünü meşəyə tutub, odun qırmalı olacaq. Amma başçı kəndimizi ölkənin “ən inkişaf etmiş kəndi” kimi təqdim edir. Dia.az vasitəsilə başçıya xatırlatmaq istəyirik ki, bizim kənd qışa hazır deyil… Əgər bilmirsə (halbuki bilir), xatırladırıq”.

Kənd sakinləri onu da əlavə ediblər ki, yaxın günlərdə rayon İH başçısı ilə görüşməyə çalışacaqlar.

Qarşı tərəfi də dinləməyə hazırıq…

DİA.AZ

Related Articles

+994 50 295 94 79
top