“SƏFƏR MEHDİYEVİN QOHUMLARI GÖMRÜYÜ ÇAPIB-TALAYIR…” – İTTİHAM

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 10
    Shares

Bu gün yerli KİV-ə istinadən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı bir məlumatı təqdim etmişdik. Məlumatda DGK sədrinin korrupsiyaya qarşı elə amansız olduğu, hətta bu zaman öz yaxınlarını belə bağışlamadığını iddia edən hadisə işıqlanmışdı. Bununla bağlı ilginc bir reaksiya daxil olub.

Belə ki, redaksiyamıza müraciət edən sahibkarlardan biri (hələ də gömrük sistemi ilə işinin olduğunu deyərək, adının açıqlanmasından imtina etdi -red.) qeyd edir ki, Səfər Mehdiyevin rüşvətə qarşı mübarizə apardığını iddia etmək xəyalpərəstli olar.

Sahibkar danışır: “Bunu hər kəs yaxşı bilir. İstənilən bir sahibkarı danışdırın reallığı ortaya qoysun. Bu gün gömrük əməlli-başlı bazardır. Aydın Əliyevin vaxtında əgər bir yerlə danışıb dil tapırdınsa, bu gün min yerə ağız açmalısan. Səfər Mehdiyev elə edib ki, gömrükdən mal keçirən istənilən adam özünü qaçaqmalçı hiss edir.

DGK sədrinin rüşvətə qarşı mübarizə aparmasına gəlincə isə, mənbə bildirir ki, bu gün DGK sədrinin qohumları da daxil olmaqla DGK-da əməlli-başlı rüşvət şəbəkəsi fəaliyyət göstərir. Mənbə bildirir ki, məsələn, Səfər Mehdiyevin yaxın qohumu olan Enerji Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Rəfael Niftəliyev köhnənin maxinatoru olsa da, Səfər Mehdiyev onu himayə edərək, mövqeyini daha da ucaldır:

“Budurmu rüşvətə qarşı mübarizə? Onun hansısa qohumunu cəzalandırması nağıldır, başqa bir şey deyil. Bu gün Səfər Mehdiyevin qohumları gömrüyü çapıb-talayır, kimsə də onlara söz deyə bilmir…”

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

DİA.AZ

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top