“AZƏRSU” ASC ŞİKAYƏTİNƏ BAXMAD- QORXMAZ HÜSEYNOVA olunan müraciət də nəticəsiz qaldı

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Haqq və hüququ pozulmuş,haqsızlığa məruz qalmış Şirvan şəhər sakini, Natəvan küçəsi ev 52 ünvanda yaşayan Seyfiyev İbadət Qədir oğlu ,“Azərsu” ASC nin Mil-Muğan zonası üzrə 4 saylı Şirvan Regional Su-Kanal İdarəsinin rəis müavini Hamlet Hüseynovun ona qarşı törətdiyi qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müraciət edib:
“Hər zaman haqqı-nahaqqdan ayıraraq ədaləti dəyərləndirən ölkə mətbuatına bildirmək istəyirəm ki, ailəmlə birgə uzun illər Rusiyada yaşamışam.Ölkəmizdəki ictimai-siyasi sabitliyi, həmçinin demokratik ab-havanı nəzərə alaraq ailəmlə birgə vətənimə qayıtmışam. Ailəm 8 nəfərdən ibarətdir və yeganə gəlir mənbəyimiz Azərsu” ASC-nin Şirvan Şəhər “Sukanal”İdarəsindən aldığım 250 manat əmək haqqıdır”.

Bu fikirlər Seyfiyev İbadət Qədir oğlu tərəfindən göndərilən şikayət ərizəsindəndir.
Müraciətdə daha sonra deyilir: “Ali təhsilliyəm, Rostov Dəmir Yolu Mühəndisləri İnstitutunun mühəndislik fakültəsini bitirmişəm.Son iş yerim “Azərsu” ASC-nin Şirvan Şəhər “Sukanal” İdarəsində,Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə 8-ci dərəcəli mühəndis vəzifəsi olub. Vəzifəmin öhdəsindən layiqincə gəlmişəm.Lakin 11.06.18 tarixində, Mil-Muğan zonası üzrə 4 saylı Şirvan Regional Su-Kanal İdarəsinin rəis müavini Hamlet Hüseynovun şəxsi təşəbbüsü və səyi nəticəsində heç bir əsas olmadan işdən çıxarılmışam.

Əsas olaraq Əmək Məcəlləsi-nin 70 -ci Maddəsinin “b” bəndini (İxtisar) göstərdilər.Ancaq idarədə çalışan 120 nəfər işçidən məndən başqa heç kəs işdən çıxarılmadı. Hətta,70 yaşlı işçi belə işdən çıxarılmayaraq başqa işə keçirildi.Demək ki, qərəzli münasibətə və ayrı-seçkiliyə yol verilib.

Xatırladım ki,13.01.16 tarixində işə daxil olduğum zaman mənimlə 5 illik əmək müqaviləsi bağlanmışdı .Göründüyü kimi ,işdən azad edilməyim səbəbsiz olduğuna görə, Əmək Məcəlləsinin 68-ci Maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.Bir sözlə, 8 nəfərdən ibarət aztəminatlı ailənin yeganə çörək qazananı səbəbsiz-filansız şəkildə işdən azad edərək aclığa və səfalətə məhkum dilib.

Mən Hamlet Hüseynova müraciət edərək ailəmin maddi durumunun olduqca ağır olduğunu bildirdim. Lakin daşürəkli H. Hüseynov mənimlə çoxdan apardığı ədavəti bir daha büruzə verərək, yalvarışlarıma məhəl qoymadı. Xatırladım ki, H.Hüseynov, Şirvan Sukanal İdarəsi Regional İdarəyə çevrilməzdən öncəki illərdə bu qurumun rəhbəri işləyib və onun əmək fəaliyyəti bilavasitə korrupsiya və digər hüquqazidd əməllərlə zəngin olub.

Belə olduğu təqdirdə, pozulmuş hüquqlarımın bərpasıyla bağlı 15.06.18 tarixində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Q.Hüseynova, İnsan Hüquqları Müvəkkilliyinə, Dövlət Əmək Müvəffişliyi Xidmətinə və Şirvan şəhər İcra Hakimiyyətinə teleqram ünvanlayaraq haqq və ədalət tələb etdim.Əfsuslar olsun ki, bu qurumlar bugünədək mənə bir cavab verməyib.

Hörmətli redaksiya!

“Sukanal” idarəsində çalışdığım illər ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət işini yüksək səviyyədə aparmış, sanitar texniki vəziyyətin yoxlanılmasını, iş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını və habelə işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmişəm. “Sukanal” idarəsi kimi strateji qurumda peşəkar bir işçini şəxsi intriqaya qurban verərək onun xəstə və yoxsul ailəsini ölümə məhkum etmək cinayət deyilmi?

İndi isə Hamlet Hüseynovun korrupsiya tərkibli əmək fəaliyyəti barədə tutarlı arqumentlər səsləndirmək istərdim.Belə ki, mən Əli Bayramlı “DRES”-də işlədiyim zaman H.Hüseynov oranın Həmkarlar İttifaqının sədri idi. Elə o vaxtdan mümkün korrupsiya üsullarıyla dövlət vəsaitini mənimsəmə hallarına yol verir, Həmkarlar İttifaqına yığılan pulu mənimsəyirdi. O zaman ,”Azərsu”MMC-nin sədri Ramil Sadıqov tərəfindən ifşa olunmaq üzrəydi. Buna səbəb: idarənin balansında olan 400 mm diametrli boruları sataraq mənimsəməsi faktı idi. Lakin H.Hüseynov Şəhər İcra başçısının müavini Şəfahət Əsgərovun köməkliyi ilə məsuliyyətdən yaxa qurtarmağa müvəffəq oldu. Seyfiyev İbadət Qədir oğlu daha sonra yazır: “Məlumatlara görə, H. Hüseynov 7000 manat pul verərək oğlu Nurlan Hüseynovu hərbi xidmətdən belə yayındırıb,üstəlik də ona “Lexus” JEEP markalı avtomaşın alıb. Digər bir fakt odur ki,H. Hüseynovun idarədə işçilərdən 1500 manat pul alaraq öz işlərindən digər işə keçirmişdir. Hətta orta məktəb təhsilli şəxsin qurumda energetik vəzifəsində işləməsi yuxarıda sadalanan korrupsiya və rüşvət hallarının bariz nümunəsidir. O cümlədən, Bədən Tərbiyəsi Kollecinin məzunu olan bir şəxsin hazırki dövrədək idarədə 11-ci dərəcəli mühəndis işləməsi, Ukraynada statusu bəlli olmayan İnstitutun qiyabi təhsil alan tələbəsinin 12-ci dərəcəli mühəndis işləməsi qanunazidd əməllər deyilmi? Mənim kimi ali təhsilli mühəndisin qeyri-qanuni işdən çıxarılması, əksnə qeyri-ixtisas təhsilli və orta təhsilli digərilərinin energetik vəzifəsində işləməsi nə dərəcədə düzgündür?Təbii ki, bütün bunlar H.Hüseynovun korrupsiya və rüşvətə olan bağlılığından irəli gəlir. Növbəti fakt olaraq bildirirəm ki, H.Hüseynov bu yaxınlaradək 4 saylı Şirvan Regional Su-Kanal İdarəsində vakant ştat olan mexanik vəzifəsinə işçi götürərək ondan 3500 manat rüşvət almışdır.

O cümlədən ,anbardardan 1500 manat və qurumda qrup rəhbəri vəzifəsində işləyən Şöhrət adlı şəxsdən 1500 manat rüşvət alaraq onların işini dəyişdi və həmin şəxslər hazırda da idarədə işləyirlər. H. Hüseynovun təyin etdiyi “Tarif Şurası”-nın qiymətləri belədir: İşçi qurum daxilində işləmişsə və onun əmək haqqı 400 AZN təşkil edirsə,ondan1500 manat, quruma yeni işçi kimi işə götürülürsə bu zaman onlardan 3500-4000 manat rüşvət alınır.

Ardı var…

Faktinfo.az

Related Articles

+994 50 295 94 79
top