“SEVİNC-M” ŞİRKƏTİNDƏN FIRILDAQ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Tikinti şirkəti mənzil sahiblərini get-gələ salıb.
Minval.info xəbər verir ki, “Sevinc-M” şirkəti tərəfindən Bakı Şəhəri ,Yasamal rayonu,Zərdabi küçəsi 3166 məhəllədə inşa edilən üç binanın sakinləri yaranan vəziyyətdən narazıdırlar. Belə ki, mənzil sahibləri müqavilədə göstərilən məbləği tam olaraq ödəsələr də, şirkət alqı-satqı şərtlərinə riayət etmir. Müqavilədə göstərilən vaxta qədər şirkət mənzilləri təhvil verməyib.
Binada yaşayışa icazə verilsə də, yaşayış üçün heç bir norma yerinə yetirilməyib. Binaya hələ də qaz verilməyib. Şirkət rəhbərliyi hər dəfə sakinlərə söz verir, amma yerinə yetirmir.
Şikayətlə bağlı şirkətlə əlaqə saxlamağa çalışdıq. Amma telefonlara cavab verən olmadı.

Related Articles

+994 50 295 94 79
top