SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ TƏHSİL HAQQI ÖDƏYƏ BİLMƏYƏN TƏLƏBƏLƏR PROBLEMLƏ ÜZLƏŞİBLƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Onun sözlərinə görə, universitetin rəhbərliyi ikinci, üçüncü və dördüncü kurslarda təhsil alan tələbələri təhsil haqqını qısa müddətdə ödəməyə məcbur edirlər

Reyting.az-a bu bsarədə universitetdə təhsil alan tələbələrdən biri məlumat verib.

Onun sözlərinə görə, universitetin rəhbərliyi ikinci, üçüncü və dördüncü kurslarda təhsil alan tələbələri təhsil haqqını qısa müddətdə ödəməyə məcbur edirlər. Onun sözlərinə görə, universitetin rəhbərliyi ikinci, üçüncü və dördüncü kurslarda təhsil alan tələbələri təhsil haqqını qısa müddətdə ödəməyə məcbur edirlər. Bu tələbə əməl etməyənlər isə müxtəlif təzyiqlərlə üzləşirlər.

Məsələn, müxtəlif fakültə dekanları auditoriyalara girib təhsil haqqını hələ ki ödəmək imkanı olmayan tələbələri bir-bir ayağa qaldırıb danlayır, onları qrup yoldaşlarının yanında utandırır, pul ödəmək üçün konkret vaxt qoyurlar.

Bundan əlavə, bəzi fakültələrdə hətta təhsil haqqını ödəyə bilməyən tələbələrin dərslərə buraxılmaması da baş verib.

Qeyd edək ki, birinci kursdan sonra pullu təhsil alanlar məbləğin yarısını dərs ilinin birinci yarısının axırınadək, yəni semestr imtahanları başlayana qədər ödəmək hüquqna malikdirlər. Lakin Azərbaycanın bir çox ali təhsil ocaqlarında olduğu kimi, Sumqayıt Dövlət Universitetində də tələbələrə bu imkan verilmir. Nəticədə imkansızlıq ucbatından təhsil haqqını ödəyə bilməyən tələbələr müxtəlif təzyiqlərlə üzləşməli olurlar.

P.S. Qarşı tərəfin məsələ ilə bağlı mövqeyini çap etməyə hazırıq.

Reyting.az

Related Articles

+994 50 295 94 79
top