“HAQQIMDA ŞAYİƏNİ YAYAN ATEİSTDİR”- HACI SURXAY

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Məsələ bağlı açıqlama verən ilahiyyatçı Hacı Şahin Həsənli sözügedən hadisəni yoxlanılmamış məlumatı insanlar arasında yaymaqla din xadimlərinə qarşı inamsızlıq yaratmıq cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu kimi məsələləri adətən, Azərbaycandan xaricdə kimlərsə tərəfindən idarə olunan insanlar həyata keçirirlər: “Bu məsələdə din xadiminin barəsində həqiqətə söykənməyən , əsası olmayan fikirlər yayılıb. Guya o hansısa içki məclisində iştirak edib. Bu, yalandır. Bu məsələləri yoxlamadan, əmin olmadan yaymaq çaşğınlığa səbəb olur, eyni zamanda dövlət -din münasibətlərinə zərər vurur. Çünki belə hallar din xadimlərini nüfuzdan salmaq məqsədi güdür. Düşünürəm ki, bunu kimsə məqəsdli şəkildə edib və bunun heç bir əsası yoxdur”.

İlahiyyatçı Rauf Hüseyn də sözügedən foto ilə bağlı yazılanların böhtan və qarayaxma olduğunu bildirib: “Din xadimlərini belə şeylərlə qaralamaq, ləkələmək istəyirlər. Bu sağlam düşüncənin, normal fikrin məhsulu deyil. Hamı bilir ki, islamda birbaşa qadağan olunan şey spirtli içkidir və kimliyindən asılı olmayaraq, heç kim bunu eləməz. Bu qeyri -mükün məsələdir. Hər halda islamı istəməyən və ya Hacı Surxay Məmmədli ilə şəxsi zəmində problemli olan insanlar bunu edirlər. Bu, düzgün deyil. Qarayaxma, şər və böhtana nə islam dinində, nə də sağlam məntiqdə yer yoxdur”.

Qeyd edək ki, süfrədə araq şüşəsinə bənzəyən süşədə tərxum suyu olub.

Related Articles

+994 50 295 94 79
top