ELDAR ƏZİZOV ABUTALIBOVUN KADRININ VƏZİFSİNİ KİÇİLTDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov baş nazirin müavini Hacıbala Abutalıbovun yaxın kadrlarından birinin vəzifəsini kiçildib

Yenilik.az unikal.org-a istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmrinə əsasən Nailə Polad qızı Məmmədova meriyanın mətbuat katibi vəzifəsindən azad edilərək, həmin şöbədə baş mütəxəssis təyin edilib. Hələlik həmin vəzifəyə təyinat yoxdur.

Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, buir müddət əvvəl Eldar Əzizovun imzaladığı əmrə əsasən meriyanın mətbuat xidmətinin işini fəallaşdırmaq, xidmətin tərkibini bilikli və bacarıqlı gənclərlə gücləndirmək məqsədi ilə Əliyeva Ayna Bəxtiyar qızı BŞİH-in mətbuat xidmətinə işə qəbul olunub. Onun mətbuat xidmətinə rəhbər təyin olunacağı gözlənilir.

Related Articles

+994 50 295 94 79
top