YOLDAŞ ALXASOVUN AYAĞINDAKI YEYİNTİ… – BUNUN HESABI SORULACAQ..

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Qusar rayon İcra hakimiyyətinin başçısı Şair Alxasova qarşı ağır ittihamlar var. Bu barədə dia.az-a Nazirlər Kabinetindəki məlumatlı mənbə xəbər verib

İddialara görə, Qusarın RİH başçısı rayona ayrılan büdcə vəsaitlərinin xərclənməsində böyük yeyintiyə yol verdiyindən hazırda durumu olduqca gərgindir.

Mənbənin dia.az-a söylədikləri: “Təxminən 300 min manata yaxın büdcə vəsaitinin xərclənməsində Şair Alxasov və adamları yeyintiyə yol verib. Yerli maliyyə idarəsinin müdiri də durumla bağlı hədəfdədir”.

Mənbə iddia edir ki, Şair Alxasova qarşı konkret ittihamlar olduğundan rayonda həbslər də həyata keçirilə bilər: “Adamlar o qədər arxayın şəkildə büdcəni talayıblar ki, hətta rəsmi qurumlar tərəfindən ittiham oluna biləcəklərini, “yediklərinə” görə cavab verməli olduqlarını belə unudublar”.

Dia.az bildirir ki, qeyd olunanlarla bağlı Şair Alxasovun mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Redaksiyamızda isə rəsmi qurumların maliyyə araşdırmalarının yekunları var və yaxın vaxtlarda həmin faktları təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Related Articles

+994 50 295 94 79
top